BDU Elmi Şurasının 24 may 2013-cü il tarixli
iclasının (protokol № 4) qərarı ilə təsdiq edilmişdir
BAKI DÖVLƏT UNIVERSITETININ MAGISTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSININ
Ə S A S N A M Ə S İ
1. Ümumi müddəalar
Magistratura və doktorantura şöbəsi Bakı Dövlət Universitetinin struktur bölməsi olmaqla fasiləsiz təhsil sistemində elmi və elmi-pedaqoji kadrların hazırlanmasının idarə edilməsini, nəzarəti və koordinasiyasını həyata keçirir.
Magistratura və doktorantura şöbəsinin fəaliyyəti Təhsil sahəsində Azərbaycan Respublikasının Qanunu, BDU Nizamnaməsi, bu Əsasnamə və digər normativ-hüquqi sənədlərlə tənzimlənir.
Şöbə bilavasitə elm və innovasiyalar üzrə prorektora tabedir.
Şöbənin strukturu və ştat cədvəli rektor tərəfindən təsdiq edilir. Şöbəyə rektor tərəfindən təyin edilən və azad edilən şöbə müdiri rəhbərlik edir.
Şöbə rektorun əmri ilə yaradılır və ləğv edilir.
2. Şöbənin əsas vəzifələri və funksiyaları
Magistratura üzrə:
· şöbəyə daxil olan və şöbədən xaric edilən sənədlərin qeydiyyatını aparmaq;
· ixtisasların dövlət standartlarının, işçi tədris planlarının hazırlanmasını və təsdiqini təmin etmək;
· tədris yüklərini yoxlamaq və kafedralara tapşırıqlar vermək;
· qəbul planlarını hazırlamaq;
· qəbul olunma, xaric olunma, bərpa olunma, təhsil formasını dəyişmə, akademik məzuniyyət verilmə, bir təhsil ilindən digər təhsil ilinə keçmə, təqaüd verilmə haqqında əmrləri hazırlamaq;
· tədrislə bağlı bütün statistik məlumatları hazırlamaq və aidiyyətı təşkilatlara göndərmək;
· tədris planına uyğun dərslərin keçirilməsini təşkil etmək;
· imtahanların keçirilməsinə, akademik borcların ləğvinə, dərsə davamiyyətə nəzarət etmək;
· tərbiyə, tədris və elmlə bağlı bütün məsələlərdə iştirak etmək;
· protokollardan, əmrlərdən çıxarışların və arayışların yazılmasını təmin etmək;
· imtahan cədvəllərini hazırlamaq, sessiya imtahanlarını təşkil etmək;
· magistrantların şəxsi işlərini formalaşdırmaq və yazmaq, onlarda müvafiq dəyişiklikləri, o cümlədən təltifləri və intizam tənbehlərini qeyd etmək;
· cari saxlanma müddətləri başa çatmış sənədlərin arxivə verilməsini təmin etmək.
Doktorantura və dissertantura üzrə:
· şöbəyə daxil olan və şöbədən xaric edilən sənədlərin qeydiyyatını aparmaq;
· doktorantların (dissertantların) qəbul planlarını hazırlamaq;
· doktorant və dissertantlarla bağlı bütün statistik məlumatları hazırlayıb aidiyyətı təşkilatlara göndərmək;
· qəbul sənədlərini hazırlamaq;
· doktoranturaya qəbul müsabiqəsində sənədləri və protokolları tərtib etmək;
· qəbul olunma, xaric olunma, bərpa olunma, təhsil formasını dəyişmə, akademik məzuniyyət verilmə, bir təhsil ilindən digər təhsil ilinə keçmə, təqaüd verilmə haqqında əmrləri hazırlamaq;
· doktorant və dissertantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiq edilmə, təhkim olunma əmrlərini hazırlamaq;
· doktorluq imtahanlarının əmrlərini hazırlamaq və keçirilməsini təşkil etmək, doktorluq imtahanlarının verilməsi haqqında vəsiqələri hazırlamaq;
· doktorant və dissertantların attestasiyadan keçmələrinə (bir təhsil ilindən digər təhsil ilinə) kafedralarla əlaqəli şəkildə nəzarət etmək və attestasiya əmrlərini hazırlamaq;
· kafedralara tapşırıqları vermək;
· protokollardan, əmrlərdən çıxarışların və arayışların yazılmasını təmin etmək;
· doktorant və dissertantların tədrisi və elmi yaradıcılıq fəaliyyətinə aid olan bütün məsələlərdə iştirak etmək;
· elmi-praktiki konfransların keçirilməsini təşkil etmək;
· doktorantların dərs cədvəllərini tərtib etmək və tədrisə nəzarət etmək;
· doktorantların şəxsi işlərini formalaşdırmaq və yazmaq, onlarda müvafiq dəyişiklikləri, o cümlədən təltifləri və intizam tənbehlərini qeyd etmək;
· cari saxlanma müddətləri başa çatmış sənədlərin arxivə verilməsini təmin etmək.
3. Şöbənin hüquqları
Magistratura və doktorantua şöbəsi aşağıdakı hüquqlara malikdir:
3.1. Elmi rəhbərlərdən, kafedra müdirlərindən, elmi tədqiqat institutlarının şöbə müdirlərindən və rəhbərliyindən magistrantların təlim göstəriciləri, imtahanlar, doktorant və dissertantların attestasiyası haqında məlumatların və sənədlərin, o cümlədən elmi-pedaqoji kadr hazırlığı və tələbələrin elmi-tədqiqat işləri barədə digər sənədlərin vaxtında şöbəyə təqdim edilməsini tələb etmək;
3.2. Mövcud norma və qaydaların pozulması ilə tərtib edilmiş sənədləri kafedra müdirlərinə, dekanlara, elmi tədqiqat institutlarının şöbə müdirlərinə və rəhbərlərinə qaytarmaq;
3.3. Səlahiyyətləri çərçivəsində xidməti yazışmalar aparmaq;
3.4. Magistratura təhsili üzrə yeni təhsil proqramlarının açılması və ya mövcud proqramların təkmilləşdirilməsi, elmi-pedaqoji kadr hazırlığı və tələbələrin elmi-tədqiqat işlərinin təşkili barədə universitet rəhbərliyi qarşısında məsələ qaldırmaq və təkliflər vermək;
3.5. Şöbənin fəaliyyəti ilə əlaqədar məsələlərin müzakirəsində iştirak etmək.
4. Şöbənin məsuliyyəti
4.1. Şöbə müdiri şöbə tərəfindən şöbəyə aid bu Əsasnamə ilə müəyyən edilən vəzifə və funksiyaların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, magistratura və doktorantura səviyyələrində elmi-pedaqoji kadr hazırlığının, təlim tədris prosesinin təşkili, təhsilin keyfiyyəti və idarə olunması, fərdi məlumatların qorunub saxlanılması və konfidensiallığı üzrə biavasitə məsuliyyət daşıyır.
4.2. Şöbənin əməkdaşlarının məsuliyyəti onların vəzifə təlimatları ilə müəyyən edilir.
Əlaqə telefonu: (+994) 12 539 6458
e mail: t.a-1990@mail.ru (Doktorantura üzrə böyük mütəxəssis Təhminə Osmanova)