S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində aspirantura ilk dəfə 1935-ci ildə təşkil olunmuşdur. Aspirantların I qrupuna 13 nəfər, 1937-ci ildə daha 15 nəfər qəbul edilmişdir.1937/38-ci dərs ilində aspirantların sayı 28-ə qədər artmış və bunlardan beşi aspirantlığa keçmək üçün Moskva və Leninqradda (indiki Sankt- Peterburq) ezam olunmuşdular. 1938/39-cu dərs ilində aspiranturaya yenidən 50 adam qəbul edilmiş və ADU-nun aspirantlarının ümumi sayı 78 adama qədər artmışdır. 1944-45-ci dərs ilində aspirantların sayı 65 nəfər olmaqla və aşağıdakı ixtisaslar üzrə hazırlanırdı. Azərbaycan adəbi dilçiliyi, SSRİ tarixi, ümumi tarix, kimya, bioloji elmlər, riyaziyyat, fizika, mexanika, coğrafiya, geologiya, siyasi iqtisad, fəlsəfə, pedaqoji, psixoloji, rus dili, fars dili, ingilis, fransız və alman dilləri.
2000-ci ildə BDU-da Rektorun 07.07.2000-ci il 1/178 saylı əmrinə əsasən Magistratura şöbəsi yaradılmışdır. Yenə Rektorun 02.01.2001-ci il ildə tarixli R-01 saylı əmri ilə Magistratura və Aspirantura şöbələri birləşdirilərək Magistratura Aspirantura və Doktorantura şöbəsi adlandırılmışdır.
Professor A.O.Məmmədova 2007-2022-ci illərdə Magistratura və Doktorantura şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir. Rektorun 18.07.2022 tarixli 1/344 nömrəli əmri ilə Magistratura və Doktorantura şöbəsinin müdiri dosent Bəşirov Mirnamik Mirəhmədağa oğlu təyin edilmişdir.
İş telefonu: (+994) 12 539 6458