2019-CU İL ÜÇÜN FƏLSƏFƏ DOKTORU PROQRAMI ÜZRƏ DOKTORANTURAYA (DİSSERTANTURAYA) QƏBUL OLMAQ İSTƏYƏN İDDİAÇILARIN NƏZƏRİNƏ
DOKTORANTURAYA (DİSSERTANTURAYA) XARİCİ DİLLƏR ÜZRƏ QƏBUL PROQRAMLARI
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, doktorantura ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığı formasıdır və elmi kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na və həmin qaydalarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Naziriyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.
Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.
Dissertantlıq yolu ilə “fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər də xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) bu qaydada qəbul imtahanı verirlər.
Dünyada qloballaşmanın, ölkələrarası biznes və təhsil əlaqələrinin böyük vüsət aldığı, Azərbaycanın da bu prosesə fəal surətdə qoşulduğu bir dövrdə sabahın mütəxəssisləri istər ölkəmizin daxilində, istərsə də xaricində müasir tələblərə cavab verən kadrlar kimi çalışmaq, elmi-texniki tərəqqi ilə, ictimai-siyasi həyatla ayaqlaşmaq və yüksək səviyyəli mütəxəssislər kimi problemlərin həllinə elmi surətdə yanaşmaq bacarıq və imkanına malik olmalıdırlar.
Bu gün istənilən sahədə, xüsusilə elmdə uğur qazanmaq istəyən, yеni ideyalı, zəngin bilikli, yüksək səviyyəli mütəxəssislərin xarici dilləri mükəmməl bilmələri, xarici dillərdə danışma, dinləyib-anlama, oxu və yazı bacarıq və vərdişlərinə yiyələnmələri xüsusilə vacibdir. Onlar dünya ədəbiyyatından və kəşflərindən, müxtəlif dillərdə olan elmi nəşrlərdən və internet resurslarından faydalanmaq yolu ilə bir mütəxəssis kimi araşdırma və tədqiqat aparmağa qabil olmalıdırlar. Eyni zamanda tədqiqatçılar xarici dillərin öyrənilməsi sahəsində əldə etdikləri biliklərdən istifadə etməklə beynəlxalq elmi konfranslarda çıxış edərək müəyyən elmi-praktik əhəmiyyətə malik olan məsələlər barəsində fikir mübadiləsi aparmağı, öz nöqteyi-nəzərlərini ifadə etməyi və əsaslandırmağı bacarmalıdırlar. Məhz bu səbəbdən də müasir dövrdə gənc tədqiqatçıların xarici dilləri mükəmməl öyrənmələrinə daha çох ehtiyac hiss olunur.
Doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan şəxslər qəbul olunduğu üçün qəbul proqramları tərtib edilərkən çoxpilləli təhsil sisteminin qüvvədə olan tədris proqramları əsas götürülür. Doktoranturaya qəbul olunmaq istəyənlər üçün xarici dil fənindən qəbul proqramı da çoxpilləli təhsil sisteminin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində planlaşdırılır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 31 avqust 2012-ci il tarixli 1463 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı. Magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramı”nda “Humanitar fənlər bölümü”nə daxil olan fənlərin öyrənilməsi nəticəsində magistrlərin xarici dil üzrə neytral səs informasiyasının və ritminin özünəməxsusluğunu, sahə üçün səciyyəvi olan tələffüzün üslubunun əsas xüsusiyyətlərini, ümumi və terminoloji səciyyəli 4000 tədris leksik vahidi həcmində leksik minimumu, elmi üslubun əsas xüsusiyyətlərini, dili öyrənilən ölkələrin mədəniyyətini və adət-ənənələrini, nitq etiketi qaydalarını bilməli, ixtisas istiqamətinə dair mətnləri oxumağı, ixtisasa dair internetdən götürülmüş mətnləri tərcümə etməyi, annotasiya, referat, tezis, tərcümeyi-hal və s. yazmağı bacarmalı və xarici dildə yazmaq və oxumaq vərdişlərinə yiyələnməli, həmçinin beynəlxalq arenada işləmək qabiliyyətinə və digər ümummədəni kompetensiyalara yiyələnməli olmaları təsbit edilmişdir.
Doktoranturaya qəbul olunmaq istəyənlər xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində əvvəllər mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatını, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yəni şifahi nitq, dinləyib-anlama, oxu və akademik yazı vərdişləri əhatə olunmaqla nümayiş etdirməlidirlər. Onlar elmi-kütləvi üslublu mətnləri, ixtisasın geniş və dar profilləri üzrə ədəbiyyatı təhlil edərək öz fikirlərini şifahi və yazılı şəkildə əsaslandırmaq, elmi məruzələrlə auditoriya qarşısında çıxış etmək və sualları cavablandırmaq, müzakirə olunan məsələlərə münasibət bildirmək, elmi məqalə, tezis, xülasə və təqdimat hazırlamaq bacarıqlarına malik olmalıdırlar.
Qəbul imtahanının proqramı doktoranturaya qəbul olunmaq istəyənlər üçün xarici dil üzrə imtahanın məzmununu və məqsədini müəyyənləşdirir. Xarici dillərin öyrənilməsinin başlıca məqsədi öyrənilən dilə ünsiyyət vasitəsi kimi yiyələnmək və ondan kommunikativ məqsəd üçün istifadə etməkdir. Xarici dillərin tədrisinin əsas məzmunu dil və nitq sahəsində bilik və bacarıqların formalaşdırılması, xarici dil təliminin həyatla əlaqəsinin möhkəmləndirilməsi, yəni dil sahəsində qazanılmış bilik və bacarıqların nitq vərdişlərinə çevrilməsi istiqamətinə yönəldilməlidir.
İmtahanın məqsədi dil və ünsiyyət sahəsində səriştəni, nitq sahəsində bacarıq və vərdişlərə yiyələnmə səviyyəsini, öyrənilən dildə fikri ifadə etmə və ünsiyyət yaratma bacarığını üzə çıxarmaqdır. İmtahan tapşırıqlarında namizədlərin nitq sahəsindəki bacarıq və vərdişlərinin, öyrənilən dildə öz fikirlərini ifadə edə bilmə, oxuduqları və ya dinlədikləri materialı anlama, həmsöhbətləri ilə ünsiyyətə girə bilmə bacarıqlarının, yəni xarici dildən ünsiyyət məqsədi ilə istifadə etmək bacarıqlarının üzə çıxarılmasına xüsusi diqqət yetirilir. Odur ki, namizədlər imtahana hazırlaşan zaman dil sahəsində nəzəri bilikləri mənimsəməklə yanaşı, bu sahədə bacarıq və vərdişlərin qazanılmasına daha çox diqqət yetirməli, qazandıqları biliklərdən praktik olaraq istifadə etməyi öyrənməlidirlər.
Xarici dil bacarıq və vərdişləri dedikdə, aşağıdakılar başa düşülür:
Doktoranturaya daxil olmaq istəyən şəxslərin qarşısında xarici dilə yiyələnmək sahəsində aşağıdakı tələblər qoyulur:
Göstərilən bilik, bacarıq və vərdişlərin əldə edilməsi ilə yanaşı, dilin ayrı-ayrı bölmələri üzrə nəzəri materialların mənimsənilməsi də vacibdir.
Qeyd: Doktoranturaya xarici dillər üzrə qəbul imtahanına hazırlaşanlar imtahan verəcəkləri xarici dilin praktik qrammatikasına və leksikasına, yazılı və şifahi nitq normalarına aid akademik vəsaitlərdən, lüğətlərdən, beynəlxalq dil imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuş rəsmi nəşrlərdən və ali təhsil müəssisələrində işlədilən xarici dillər üzrə dərsliklərdən istifadə edə bilərlər.
İNGİLİS DİLİ
İngilis dilinin səs və hərf tərkibi.
Sözün leksik və qrammatik mənaları. Sözlərin quruluşca növləri: sadə, düzəltmə, mürəkkəb sözlər. Təkmənalı və çoxmənalı sözlər. Sinonimlər. Antonimlər. Omonimlər. Frazeoloji birləşmələr. Atalar sözləri. Nitq etiketi.
Sözdüzəltmə (Word Formation).
Nitq hissələri (The Parts of Speech). Əsas, köməkçi və sərbəst nitq hissələri.
İsim (The Noun). İsimlərin mənalarına görə təsnifi: ümumi və xüsusi isimlər. İsmin əsas qrammatik əlamətləri. İsmin hal və kəmiyyət kateqoriyaları. İsmin ümumi və yiyəlik halları.
Sifət (The Adjective). Sifətlərin mənalarına görə təsnifi: əsli və nisbi sifətlər. Sifətin əsas qrammatik əlamətləri. Əsli sifətlərin dərəcə kateqoriyası. İsimləşmiş sifətlər.
Say (The Numeral). Sayın növləri: miqdar, sıra və kəsr sayları.
Əvəzlik (The Pronoun). Əvəzliklərin təsnifi. Who, which, what, whose sözlərinin sual, nisbi və bağlayıcı əvəzlik kimi işlənməsi.
Some, any, no, every əvəzlikləri və onların törəmələri.
Kəmiyyət bildirən many, much, little, few, a little, a few, a lot (of), plenty (of) və başqa sözlərin işlənməsi.
Feil (The Verb). Feillərin təsnifi. Əsas qrammatik əlamətləri. Qrammatik kateqoriyaları.
Əsas, köməkçi, bağlayıcı feillər (Notional, auxiliary, link verbs).
Modal feillər (The Modal Verbs). Modal feillərin ekvivalentləri.
Feilin xəbər şəkli (The Indicative Mood). Feilin məlum növü (The Active Voice).
İndiki zamanın qeyri-müəyyən (The Present Indefinite), keçmiş zamanın qeyri-müəyyən (The Past Indefinite) və gələcək zamanın qeyri-müəyyən (The Future Indefinite) formaları.
İndiki zamanın davamedici (The Present Continuous), keçmiş zamanın davamedici (The Past Continuous) və gələcək zamanın davamedici (The Future Continuous) formaları.
İndiki zamanın bitmiş (The Present Perfect), keçmiş zamanın bitmiş (The Past Perfect) və gələcək zamanın bitmiş (The Future Perfect) formaları.
İndiki zamanın bitmiş davamedici (The Present Perfect Continuous), keçmiş zamanın bitmiş davamedici (The Past Perfect Continuous) və gələcək zamanın bitmiş davamedici (The Future Perfect Continuous) formaları.
Keçmişə nəzərən gələcək (The Future in the Past) zaman formaları.
Feilin məchul növü (The Passive Voice). Zaman formaları məchul növdə.
Zamanların uzlaşması (Sequence of Tenses).
Feilin əmr şəkli (The Imperative Mood).
Feilin vasitəli şəkilləri (The Oblique Moods).
Feilin şəxssiz formaları (The Non-finite Forms of the Verb): məsdər (The Infinitive), feili sifət (Participle I, Participle II), cerund (The Gerund). Şəxssiz formaların əmələ gətirdiyi tərkiblər.
Zərf (The Adverb). Zərfin mənaca növləri. Əsas qrammatik əlamətləri. Zərfin dərəcə kateqoriyası.
When, where, why, how sözlərinin sual, bağlayıcı və nisbi zərf kimi işlənməsi.
Vəziyyət bildirən sözlər (The Words of the Category of State).
Artikl (The Article). Qeyri-müəyyənlik və müəyyənlik artiklləri.
Sözönü (The Preposition).
Ədat (The Particle).
Bağlayıcı (The Conjunction). Tabesizlik və tabelilik əlaqəsi bildirən bağlayıcılar.
Modal sözlər (The Modal Words).
Nida (The Interjection).
Cümlə (The Sentence). Ünsiyyətdəki məqsədinə görə cümlənin növləri: nəqli cümlə, sual cümlələri, əmr cümləsi, nida cümləsi. Təsdiq və inkar formalı cümlələr.
Cümlənin quruluşuna görə növləri. Sadə cümlə (The Simple Sentence).
Cümlənin baş və ikinci dərəcəli üzvləri (Principal and Secondary Parts of the Sentence). Xəbərin mübtəda ilə uzlaşması. Cümlənin müstəqil elementləri: xitab, ara sözlər, nida.
Cümlədə sözlərin sırası (Word Order in the Sentence).
Şəxssiz cümlələr (Impersonal Sentences).
So do I; Neither do I tipli cümlələr.
There formal sözü ilə başlanan cümlələr.
Mürəkkəb cümlə (The Composite Sentence). Tabesiz və tabeli mürəkkəb cümlələr (The Compound and Complex Sentences).
Vasitəsiz və vasitəli nitq (Direct and Indirect Speech).
FRANSIZ DİLİ
Fransız dilinin səs və hərf tərkibi.
Sözün leksik və qrammatik mənaları. Sözlərin quruluşca növləri: sadə, düzəltmə, mürəkkəb sözlər. Təkmənalı və çoxmənalı sözlər. Sinonimlər. Antonimlər. Sabit söz birləşmələri. Atalar sözləri. Nitq etiketi.
Sözdüzəltmə (la dérivation).
Nitq hissələri (les parties du discours). Əsas və köməkçi nitq hissələri.
İsim (le nom və ya le substantif). İsmin əsas qrammatik kateqoriyaları.
Artikl (l’article).
Sifət (l’adjectif). Sifətin qrammatik kateqoriyaları. Sifətin dərəcələri.
Say (l’adjectif numéral). Sayın növləri.
Əvəzlik (le pronom). Əvəzliyin növləri.
Zərf (l’adverbe). Zərfin mənaca növləri. Zərfin dərəcələri.
“En”, “y” zərf əvəzlikləri (pronoms adverbiaux) və onlarin təsdiq, inkar və sual cümlələrində işlənməsi.
Feil (le verbe). Fransız dilində feillərin təsrifinə görə təsnifatlaşdırılması (I, II və III qrup feilləri). I, II və III qrup feillərinin sadə və mürəkkəb zaman formalarında təsrif xüsusiyyətləri.
Feilin xəbər şəkli. Xəbər şəklinin sadə zaman formaları: présent de l’indicatif, futur simple, imparfait, passé simple, futur dans le passé.
Xəbər şəklinin mürəkkəb zaman formaları: mürəkkəb keçmiş zaman (passé composé) və uzaq keçmiş zaman (plus-que-parfait) formaları. Passé composé zamanında «avoir» köməkçi feili ilə təsrif olunan feillərin participe passé formasının cinsə və kəmiyyətə görə uzlaşması
Futur immédiat (futur proche) və passé immédiat (passé récent) zaman formaları.
Feilin xəbər şəklində zaman uzlaşması (la concordance des temps de l’indicatif).
Pronominal feillər (les verbes pronominaux) və onların feilin sadə və mürəkkəb zaman formalarında təsrif xüsusiyyətləri.
Modal feillər (les verbes modaux).
Feilin əmr şəkli (l’impératif) (təsdiq və inkar formaları).
Feilin arzu şəkli (le mode subjonctif). Feilin arzu şəklinin indiki zamanı (subjonctif présent).
Feilin şərt şəkli (le mode сonditionnel). Feilin şərt şəklinin indiki zamanı (conditionnel présent).
Si bağlayıcısından sonra zaman uzlaşması.
Feilin şəxssiz formaları: məsdər (l’infinitif), feili sifət (le participe), feili bağlama (le gérondif).
Feilin məchul növü (la voix passive).
Sözönləri (les prépositions).
Bağlayıcılar (les conjonctions). Tabesizlik və tabelilik bağlayıcıları.
İnkar hissəcikləri: ne ... pas, ne ... jamais, ne ... rien, ne ... plus, ne ... personne.
Que və si qüvvətləndirici sözləri.
Sual ifadəsi est-ce que.
Ne ... que məhdudlaşdırıcı ifadəsi.
Sadə cümlə (la proposition simple). Cümlənin mənaca növləri: nəqli, sual, əmr və nida cümlələri. Təsdiq və inkar formalı cümlələr.
Cümlənin baş və ikinci dərəcəli üzvləri (les termes essentiels et les termes secondaires).
Cümlələrdə söz sırası (l’ordre des mots dans les phrases).
Şəxssiz cümlələr (les propositions impersonnelles).
Mürəkkəb cümlə (la proposition complexe). Tabesiz və tabeli mürəkkəb cümlələr.
Vasitəsiz və vasitəli nitq (le discours direct et le discours indirect).
ALMAN DİLİ
Alman dilinin səs və hərf tərkibi.
Sözün leksik və qrammatik mənaları. Sözlərin quruluşca növləri: sadə, düzəltmə, mürəkkəb sözlər. Təkmənalı və çoxmənalı sözlər. Sinonimlər. Antonimlər. Sabit söz birləşmələri. Atalar sözləri. Nitq etiketi.
Sözdüzəltmə (Die Wortbildung).
Nitq hissələri (Die Wortarten). Əsas və köməkçi nitq hissələri.
İsim (Das Substantiv). Qrammatik xüsusiyyətləri. İsimlərin cins, hal və kəmiyyət kateqoriyaları.
Artikl (Der Artikel). Artiklin işlənməsi.
Sifət (Das Adjektiv). Qrammatik xüsusiyyətləri. Sifətin dərəcələri. Sifətin hallanması.
Əvəzlik (Das Pronomen). Əvəzliklərin növləri. Əvəzliklərin hallanması.
Zərf (Das Adverb). Zərflərin mənaca növləri. Zərflərin dərəcələrinin düzəldilməsi.
Say (Die Zahlwörter). Miqdar və sıra sayları.
Feil (Das Verb). Feilin üç əsas forması. Zəif, qüvvətli və qayıdış feillərin xəbər şəklinin bütün zaman formalarında təsrifi və işlədilməsi. Sich ilə işlənən feillərin xəbər şəklinin bütün zaman formalarında təsrifi və işlədilməsi. Qaydasız feillərin üç əsas forması və işlədilməsi.
Modal feillər (Die Modalverben).
Feillərin idarəsi (Rektion der Verben).
Feilin məchul növü (Das Passiv).
Feilin əmr şəkli (Der Imperativ).
Məsdər (Der Infinitiv). Məsdər qrupları və məsdər tərkibinin işlədilməsi.
Feili sifətin (Partizip I və Partizip II formalarının) düzəldilməsi və işlədilməsi.
Sözönləri (Die Präpositionen).
Bağlayıcılar (Die Konjunktionen). Tabelilik və tabesizlik bağlayıcıları.
Sadə cümlə (Der einfache Satz). Cümlənin mənaca növləri: nəqli cümlə, sual cümləsi, əmr cümləsi, nida cümləsi. Təsdiq və inkar formalı cümlələr.
Cümlənin baş və ikinci dərəcəli üzvləri (Die Haupt-und-Nebenglieder des Satzes).
Cümlələrdə söz sırası (Die Wortfolge in Sätzen). Sadə cümlələrdə söz sırası.
Mürəkkəb cümlə (Der zusammengesetzte Satz). Tabeli və tabesiz mürəkkəb cümlələr. Tabeli və tabesiz mürəkkəb cümlələrdə söz sırası.
Vasitəsiz və vasitəli nitq (Die direkte und indirekte Rede).
AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İNNOVASİYALAR MƏRKƏZİ DOKTORANTURA ŞÖBƏSİ
Növbəti ixtisas imtahanlarını keçirəcəkdir.
AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ
ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İNNOVASİYALAR MƏRKƏZİ DOKTORANTURA ŞÖBƏSİ
Növbəti ixtisas imtahanlarını keçirəcəkdir.
Doktorantlar BDU-da aparılan elmi tədqiqatların əsas iştirakçılarıdırlar
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantı Bağırov Məhəmməd Bağırın rəhbərlik etdiyi “Gələcəyin İnnovativ Enerji Texnologiyası” layihəsi yekunlaşmışdır.
2024-cü ilin dekabr ayında Bakı Dövlət Universiteti doktorantura ixtisas imtahanlarını keçirəcəkdir.
2024-cü il üçün Bakı Dövlət Universitetinin doktoranturasına qəbul olmaq istəyən iddiaçıların ixtisas fənni üzrə qəbul imtahan nəticələri
2024-cü il Bakı Dövlət Universitetində Doktoranturaya qəbulla əlaqədar İxtisas fənləri üzrə imtahanlarla bağlı məlumat
Bakı Dövlət Universitetinin doktoranturasına sənəd təqdim etmiş və 2024 -cü ildə magirtratura təhsili üzrə məzun olmuş iddiaçıların nəzərinə!
02-04 sentyabr 2024-cü il tarixlərində 2024-cü il üçün doktoranturaya qəbul üzrə Bakı Dövlət Universitetində “Fəlsəfə” fənnindən qəbul imtahanının keçirilmə qrafiki
2024-cü il Bakı Dövlət Universitetində Doktoranturaya qəbulla əlaqədar "Fəlsəfə" fənni üzrə imtahanla bağlı məlumat
Doktoranturaya qəbul üzrə Fəlsəfə fənn imtahan sualları
BDU-nun doktorant və dissertantları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
Bakı Dövlət Universiteti 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir
Bakı Dövlət Universiteti 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul prosesi üçün təlimat və tələb olunan sənədlər
Bakı Dövlət Universitetinin bir qisim doktorant və dissertantlarının növbəti attestasiyası keçiriləcəkdir.
Növbəti fəlsəfə doktoru imtahanları
BDU -da "İlin gənc alimi" müsabiqəsi
Bakı Dövlət Universitetinin Doktorant və dissertantlarının növbəti attestasiyası keçirilir
22 dekabr 2023 -cü il tarixində İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahanlarında iştirak edəcək doktorant və dissertantların siyahısı
Doktorantlarımızın uğurları
15 dekabr 2023 -cü il tarixində İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahanlarında iştirak edəcək doktorant və dissertantların siyahısı
15 noyabr 2023 -cü il tarixində İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahanlarında iştirak edəcək doktorant və dissertantların siyahısı
İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahan verəcək doktorant və dissertantların siyahısı (07 noyabr 2023)
Əyani təhsil alan doktorantların nəzərinə
2023-cü il noyabr -dekabr aylarında ixtisas fənlərindən fəlsəfə doktoru imtahanları keçiriləcəkdir
Bakı Dövlət Universiteti 2023- cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul nəticələri
2023-cü il üçün fəlsəfə doktoru proqramı üzrə “Fəlsəfə” fənnindən qəbul imtahanında iştirak edərək müvəffəq qiymət almış və ixtisas üzrə qəbul imtahanına buraxılan iddiaçıların siyahısı, ixtisas üzrə qəbul imtahanının keçiriləcəyi yer, tarix və imtahanın başlanma vaxtı
05-06 SENTYABR 2023-CÜ İL TARİXLƏRİNDƏ FƏLSƏFƏ FƏNNİNDƏN DOKTORANTURAYA QƏBUL İMTAHANI KEÇİRİLƏCƏK
2023-cü il üçün Fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə
“GƏNCLƏRDƏ DEPRESSİYANIN YARANMASI SƏBƏBLƏRİ VƏ ARADAN QALDIRILMASI YOLLARI” MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLƏCƏK