BDU-nun Kimya fakültəsinin magistrant, doktorant və əməkdaşları arasında görkəmli alim və ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü,

SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya üzrə elm müsabiqəsi” elan edir.

Müsabiqənin məqsədi BDU-nun Kimya fakültəsinin 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəşrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Müsabiqənin qalibləri diplom və pul mükafatları ilə təltif ediləcəklər

1-ci yer:   1 nəfər (2 000 manat);

2-ci yer:  1 nəfər (1 500 manat);

3-ci yer:  1 nəfər (1 000 manat);

2025-ci ildə dərc olunmuş elmi məqalələrinin ümumi sayı 3-dən az olmamalı, o cümlədən ən azı 2 məqalə “Web of Science” və/və ya “Scopus” bazalarına daxil olan jurnallarda dərc olunmalıdır.

Müsabiqəyə təqdim olunan iddia sənədləri:

  1. 2025-ci ildə dərc olunmuş məqalələrin əsli və/və ya surəti (PDF formatda, DOI və internet linki göstərilməklə);
  2. 2025-ci ildə dərc olunmuş monoqrafiya və kitablar, icmallar (əsli və/və ya surəti, PDF formatda);
  3. 2025-ci ildə alınmış ixtiralar, patentlər (surəti);
  4. Elmi işlərə 2025-ci ildə olunan istinadların sayı (müəllif(lər)in özünə istinadları istisna olmaqla) (H-indeksi, “Scopus”, “Web of Science” və “Google Scholar”  üzrə statistika (linklər göstərilməklə)); 
  5. Multidisiplinar və tətbiqi xarakterli elmi işlər (dəqiq əsaslandırılmaqla);
  6. Respublika və beynəlxalq səviyyəli elmi konfrans, simpozium və digər tədbirlərdə (o cümlədən, onlayn olmaqla) iştirak (adını və linkini dəqiq göstərməklə, elmi tədbirin proqramının və tezislərinin müvafiq hissələrinin surətlərini əlavə etməklə);
  7. Ölkədaxili və xarici qrantlar üzrə işlər (2025-ci ildə, dəqiq göstərilməklə);
  8. Dövlət Proqramlarının yerinə yetirilməsində iştirak (2025-ci ildə, dəqiq göstərilməklə);
  9. Dövlət təltifləri və ya mükafatları (2025-ci ildə, sənədlərin surətləri təqdim olunmaqla);

10. Respublika və xarici (“Web of Science”, “Scopus”, “ERIH PLUS”, “Philosopher's Index”, “Copernicus”, “Ulakbim”, “PsycINFO”, “EconLit” və digər nüfuzlu beynəlxalq bazalara daxil olan) elmi jurnallarda təmsilçilik (redaktor, redaktor müavini, məsul katib, redaksiya heyətinin üzvü – dəqiq göstərilməklə, internet linkləri əlavə olunmaqla);

11. Kitab (nüfuzlu nəşriyyatlarda nəşr edilmiş) redaktoru və ya rəyçisi (əsli və ya ilk əsas səhifələrinin surətləri təqdim olunmaqla);

12. Respublika və xarici ölkələrin nüfuzlu nəşriyyatlarında dərc olunmuş nəşrlərdə, həmçinin ölkədaxili və beynəlxalq layihələrdə resenzent fəaliyyəti (məqalələr, qrant layihələri və s.);

13. Müdafiələrdə opponentlik fəaliyyəti (2025-ci ildə, dəqiq göstərilməklə);

14. Elmi-təşkilati işlərlə bağlı (dissertasiya şurası, dissertasiya şurasının elmi seminarı və s. kimi digər) fəaliyyət (2025-ci ildə, dəqiq göstərilməklə);

15. Respublika, regional və beynəlxalq elmi təşkilatlarda, cəmiyyətlərdə və ittifaqlarda üzvlük və ya rəhbərlik (dəqiq göstərilməklə, internet linkləri əlavə edilməklə).

Müsabiqənin keçirilmə müddəti:

1.  Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar 2025-ci il 22 oktyabr tarixindən başlayaraq elektron formada və ya kağız şəklində qəbul olunur;

2.  Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materialların qəbulu üçün son tarix 2025-ci il 21 noyabr saat 17:00-dır.

Müsabiqəyə sənədlərin təqdim olunması:

1.  İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (elektron formada) elm-innovasiyalar@bsu.edu.az elektron poçt ünvanına təqdim etməlidirlər.

2.  Müsabiqədə yalnız BDU-nun Kimya fakültəsinin magistrant, doktorant və əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.

3.  Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur, hər bir elmi əsər (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və bunu həmmüəllif(lər)lə yazılı şəkildə razılaşdırmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir.

4.  Müsabiqəyə təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həm-müəlliflərin müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılması üzrə məsuliyyəti elmi işi müsabiqəyə təqdim edən iddiaçı daşıyır.

5.  Müsabiqədə mükafatlandırılan işlər 2025-ci ildə BDU üzrə elan ediləcək digər müsabiqələrə təqdim edilə bilməz.

Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə məsuliyyəti təqdim edən iddiaçı daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə kağız formada təqdim edilmiş sənədlər bir qayda olaraq geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən ekspertiza mərhələsində düzgün olmayan sənəd, imza və məlumatların təqdim olunması iddiaçının bu müsabiqədən və gələcəkdə keçiriləcək müsabiqələrdən kənarlaşdırılmasına əsas yaradır.

Əlavə məlumat üçün: Tel: (+994 12) 510 59 77 ;      (+994 12) 539 64 58   E-mail: elm-innovasiyalar@bsu.edu.az

Digər elanlar

BDU-nun Filologiya fakültəsinin magistrant, doktorant və əməkdaşları arasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Filologiya üzrə elm müsabiqəsi” elan edir

BDU-da iqtisadiyyatın müasir ekonometrik problemlərinin təhlili üzrə tədqiqatlar davam edir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanlar üçün növbəti ixtisas imtahanı.

2025-ci il fəlsəfə doktoru proqramı ilə doktoranturaya qəbul üzrə keçiriləcək ixtisas imtahanlarının yeri və vaxtı

2025-ci il üçün fəlsəfə doktoru proqramı ilə doktoranturaya qəbul üzrə “Fəlsəfə” fənnindən Bakı Dövlət Universitetində qəbul imtahanı verəcək iddiaçıların nəzərinə!

FƏLSƏFƏ FƏNNİ ÜZRƏ İMTAHANLARIN KEÇİRİLMƏ QRAFİKİ

2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd vermiş və xarici dil imtahanını müvəffəqiyyətlə keçmiş iddiaçıların nəzərinə

Doktoranturaya qəbul olmaq üçün xarici dil imtahanınını müvəffəqiyyətlə keçmiş  iddiaçılara qarşıdakı imtahanlar haqqında

DOKTORANTURAYA QƏBULLA BAĞLI HÜQUQ İXTİSASLAŞMALARI ÜZRƏ İMTAHAN SUALLARI

2025-ci il Doktoranturaya qəbul üzrə fənn proqramı

BAKI DÖVLƏT UNİVERSİTETİ

2025-cü il üçün doktorant hazırlığı üzrə qəbul elan edir: qaydalar, tələb olunan sənədlər 

Bakı Dövlət Universiteti

2025-cü il üçün fəlsəfə doktoru proqramı doktorant hazırlığı üzrə qəbul elan edir: ixtisaslar

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanlar üçün növbəti ixtisas imtahanı.

BDU-nun rumıniyalı doktorantı: “Azərbaycan çox təhlükəsiz ölkədir, insanları qonaqpərvərdir”

Fakültələrin doktorant və dissertantları ilə görüşlər keçirilmişdir

Doktorant və dissertantlarla görüş

2025-ci ilin aprel-may aylarında Bakı Dövlət Universiteti növbəti doktorantura ixtisas imtahanlarını keçirəcəkdir.

AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ   

BAKI DÖVLƏT UNİVERSİTETİ

ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İNNOVASİYALAR MƏRKƏZİ   DOKTORANTURA ŞÖBƏSİ 

Növbəti ixtisas imtahanlarını keçirəcəkdir.

AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ    BAKI DÖVLƏT UNİVERSİTETİ

ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İNNOVASİYALAR MƏRKƏZİ   DOKTORANTURA ŞÖBƏSİ 

Növbəti ixtisas imtahanlarını keçirəcəkdir.

Doktorantlar BDU-da aparılan elmi tədqiqatların əsas iştirakçılarıdırlar

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantı Bağırov Məhəmməd Bağırın rəhbərlik etdiyi “Gələcəyin İnnovativ Enerji Texnologiyası” layihəsi yekunlaşmışdır.

2024-cü ilin dekabr ayında Bakı Dövlət Universiteti doktorantura ixtisas imtahanlarını keçirəcəkdir.

2024-cü il üçün Bakı Dövlət Universitetinin doktoranturasına qəbul olmaq istəyən iddiaçıların ixtisas fənni üzrə qəbul imtahan nəticələri 

2024-cü il Bakı Dövlət Universitetində Doktoranturaya qəbulla əlaqədar İxtisas fənləri üzrə imtahanlarla bağlı məlumat

Bakı Dövlət Universitetinin doktoranturasına sənəd təqdim etmiş və 2024 -cü ildə magirtratura təhsili üzrə məzun olmuş iddiaçıların nəzərinə!

02-04 sentyabr 2024-cü il tarixlərində 2024-cü il üçün doktoranturaya qəbul üzrə Bakı Dövlət Universitetində “Fəlsəfə” fənnindən  qəbul imtahanının keçirilmə qrafiki

2024-cü il Bakı Dövlət Universitetində Doktoranturaya qəbulla əlaqədar "Fəlsəfə" fənni üzrə imtahanla bağlı məlumat

 

Doktoranturaya qəbul üzrə Fəlsəfə fənn imtahan sualları 

BDU-nun doktorant və dissertantları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

Bakı Dövlət Universiteti  2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

Bakı Dövlət Universiteti  2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul prosesi üçün təlimat və tələb olunan sənədlər