Bakı Dövlət Universiteti 2026-cı il üçün doktoranturaya  qəbul proseduru və qəbul zamanı tələb olunan sənədlər

2026-cı il üçün doktorant hazırlığı üzrə qəbul elan edir

Doktoranturaya sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin  saytına daxil olmalı, (https://portal.edu.az/)  orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimata  uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari ilin 19 may tarixindən 09 iyun tarixinədək keçiriləcək. Sənədlərin elektron qəbulu prosesi iyunun 9-da saat 18-00 da başa çatacaq.

Qeyd: Elmi rəhbərin rəyi və digər tələb olunan sənədlər imtahanlara buraxılma haqqında qərarın qəbul edilməsi üçün Doktoranturaya Qəbul Komissiyasına (Bakı Dövlət Universiteti, Doktorantura şöbəsinə, 3 saylı tədris binası, otaq 210) sənədlər portalda təsdiq edildikdən sonrakı iki gün ərzində saat 16-00-dək təqdim edilməlidir.

Doktoranturaya qəbul proseduru

 

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. (Portal.edu.az vasitəsilə 19 may 2026-cı il- 09 iyun 2026-cı il tarixlərində müraciətlər qəbul olunacaq). Sənəd qəbulu prosesi iyunun 9-dək saat 18-00-da başa çatacaq.

Doktoranturaya qəbul olunmaq istəyən şəxs sənədlərini portala yükləməlidir.

Qəbul komissiyası tərəfindən doktoranturaya qəbul olmaq istəyən şəxslərin sənədləri yoxlanılır və ixtisasa uyğunluğu müəyyən edilir.

Sənəd qəbulu prosesində Elmi rəhbərin rəyi zəruridir.

Qəbul komissiyası nəzərdə tutulan elmi rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir.

“Xarici dil” imtahanının keçirilməsi üçün siyahılar Elm və Təhsil Nazirliyi tərəfindən Dövlət İmtahan Mərkəzinə göndərilir (“Xarici dil” imtahanının 25 iyun 2026-cı il tarixində keçirilməsi nəzərdə tutulmuşdur).

“Xarici dil” imtahanının nəticələri Elm və Təhsil Nazirliyi tərəfindən portala yüklənilir.

“Xarici dil” imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin “Fəlsəfə” fənnində iştirakı üçün siyahılar Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş ali təhsil müəssisəsinə göndərilir (“Fəlsəfə” fənni üzrə imtahanın 1-3-sentyabr 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur).

“Fəlsəfə” fənnindən “məqbul” alan şəxslərin siyahısı imtahan keçirən ali təhsil müəssisəsi tərəfindən iddiaçıların sənəd təqdim etdiyi ali təhsil müəssisələrinə göndərilməli və ali təhsil müəssisəsinin məsul şəxsi tərəfindən “Fəlsəfə” imtahanının nəticəsi portala qeyd olunmalıdır. “Fəlsəfə” fənnindən “məqbul” alan şəxslərin ixtisas imtahanlarında iştirakı təmin edilir: İxtisas imtahanlarının 8-10 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur.

2026-cı il üçün doktoranturaya  qəbul zamanı tələb olunan sənədlərin siyahısı:

- Bakı Dövlət Universitetinin (BDU) 2026-cı il üçün qəbul komissiyasının sədrinin adına müəyyən olunmuş formada ə r i z ə (əlyazma ilə (bax əlavə 1));

- İş yeri olanlar üçün müəssisədən möhür və müəssisə rəhbərinin və ya kadrlar şöbəsinin müdirinin imzası ilə təsdiq olunmuş kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal (əlyazma ilə ətraflı yazılmalı, sonda imza edilməli və tarix qoyulmalıdır);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış (iş yerindən və ya notarial təsdiq edilmiş formada);

- xasiyyətnamə (hər hansı müəssisədə işləyənlər iş yerindən təsdiq olunmuş formada, təhsil alanlar fakültə dekanı tərəfindən təsdiq olunmuş formada təqdim etməlidir, işləməyən və hazırda təhsil almayanlar son iş yerindən və ya son təhsil müəssisəsindən ala bilər. Sənəd məsul şəxs tərəfindən imzalanaraq təsdiq edilməlidir.);

- çap olunmuş elmi işlərin siyahısı (iddiaçının özü və müvafiq razılıq sənədi verən elmi rəhbər tərəfindən və ya şöbə, kafedra və ya fakültə dekanlığı tərəfindən təsdiqlənmiş qaydada (bax əlavə 2)), elmi məqalə olmadıqda seçilmiş ixtisas üzrə referat (ən azı 8 səhifə), eləcədə referata rəy tələb olunur, rəy ixtisasa uyğun rəyçi tərəfindən imzalanır və onun çalışdığı müəssisədə imzası təsdiq edilməlidir);

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (diplom əlavəsi daxil olmaqla) notarial təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin verdiyi uyğunluq şəhadətnaməsi);

- Magistratura təhsilini bitirmək üzrə olanlar təhsil aldıqları müəssisədən təhsilin mərhələsi və diplom müdafiəsi haqqında arayış təqdim etməlidir.(məsul şəxsin imzası və imzanı təsdiq edən möhür olmaqla)

- şəxsiyyət vəsiqəsinin surəti;

- 4 ədəd 3x4 ölçüdə fotoşəkil (rəngli);

- sənədləri yerləşdirəcək qovluq (kağız ipli);

- Elmi rəhbərdən razılıq sənədi (xüsusi formada olur. Elmi rəhbərin razılıq sənədi elektron yerləşdirilmədikdə və BDU-nun Qəbul Komissiyasına təqdim edilmədikdə iddiaçı qəbul imtahanlarına buraxılmır. (bax əlavə 3)).

- Xarici dil üzrə dil sertifikatları almış şəxslər sertifikatın və ya arayış vərəqəsinin nüxsəsini təqdim etməlidir.

 "SABAH" proqramı –  pilot layihə olaraq tətbiq olunan tədris əsaslı doktorantura təhsilidir.

Qəbul yalnız əyani təhsilalma forması üzrə və dövlət sifarişi əsasında aparılır. Normativ təhsil müddəti 4 ildir (ixtisas üzrə fənlərin tədrisi, ixtisas imtahanları, dissertasiyanın hazırlanması və müdafiəsi mərhələləri). "SABAH" proqramı çərçivəsində ixtisasa qəbul olunan doktorantlara təhsil müddəti ərzində yüksək məbləğdə aylıq təqaüdün verilməsi və ali təhsil müəssisəsində rəsmi əmək müqaviləsi əsasında əməkhaqqı ödənilməklə elmi-pedaqoji fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur.

QEYD:

  1. MBA təhsili alıb, dissertasiya müdafiə edənlər doktorantura və dissertanturaya yalnız iqtisad elmləri üzrə müraciət edə bilər;
  2. İxtisas uyğunluğu (doktoranturada elm sahəsinin bakalavr və ya magistr təhsilinə uyğun olması);
  3. 2025-cü ildə məzun olmuş və sənəd təqdim etmiş şəxslərin diplom və diploma əlavələrinin ixtisas imtahanına qədər təqdim etməlidir;
  4. Xaricdə magistr təhsili alan Dövlət Proqramı məzunlarının diplom almaları barədə sənədlərinin ixtisas imtahanına qədər təqdim edilməsi.
  5. İmtahanlara buraxılma haqqında qərarın qəbul edilməsi üçün portalda yerləşdirilmiş elmi rəhbərin rəyi və digər tələb olunan sənədlər  BDU Doktoranturaya Qəbul Komissiyasına (Doktorantura şöbəsinə) 2026-ci il iyunun 9-u saat 16-00-dək təqdim edilməlidir.
  6. Əyani qəbul olanlar əmək fəaliyyətlərinə xitam verilməklə əmək kitabçalarını 24 sentyabr 2026-ci il tarixinədək doktorantura şöbəsinə təhvil verməlidir. Doktoranturaya qəbul olan iddiaçılar 25 sentyabr 2026-cü il tarixinədək Bakı Dövlət Universiteti ilə fərdi müqaviləni bağlamalıdırlar.

Doktoranturaya qəbulla bağlı müraciət edən əcnəbi vətəndaşlar üçün: 012 5390557     iso@bsu.edu.az   Xarici tələbələrlə iş şöbəsi

Əlavə 1 Ərizə

Əlavə 2 Elmi rəhbər razılıq vərəqi

Əlavə 3 Elmi əsərlərin siyahısı

Digər elanlar

BDU 2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

Bakı Dövlət Universiteti 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgilərində ekoloji yönümlü innovasiya layihələri ilə təmsil olunur.

Qəbul və doktorluq ixtisas imtahanlarının proqram və sualları

Doktorantımız BDU-da "İlin alimi” müsabiqəsinin qalibi olmuşdur.

2026-cı il aprel ayının sonu və may aylarında Fəlsəfə doktoru proqramı üzrə təhsil alanlar üçün növbəti ixtisas imtahanları keçiriləcəkdir.

Özbəkistanlı doktorantların iştirakı ilə elmi-praktiki təcrübə proqramı təşkil olunub

BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanlar üçün növbəti ixtisas imtahanı 23 yanvar  2026-cı il tarixində keçiriləcəkdir..

BDU-nun doktorantı nanohissəciklərin embrional inkişafa təsir mexanizmlərini araşdırır

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

Yeni iliniz mübarək

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında   

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanlar üçün növbəti ixtisas imtahanı 27-28 noyabr 2025-ci il tarixlərində keçiriləcəkdir..

BDU-nun Filologiya fakültəsinin magistrant, doktorant və əməkdaşları arasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Filologiya üzrə elm müsabiqəsi” elan edir

BDU-nun Kimya fakültəsinin magistrant, doktorant və əməkdaşları arasında görkəmli alim və ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü,

SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya üzrə elm müsabiqəsi” elan edir.

BDU-da iqtisadiyyatın müasir ekonometrik problemlərinin təhlili üzrə tədqiqatlar davam edir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanlar üçün növbəti ixtisas imtahanı.

2025-ci il fəlsəfə doktoru proqramı ilə doktoranturaya qəbul üzrə keçiriləcək ixtisas imtahanlarının yeri və vaxtı

2025-ci il üçün fəlsəfə doktoru proqramı ilə doktoranturaya qəbul üzrə “Fəlsəfə” fənnindən Bakı Dövlət Universitetində qəbul imtahanı verəcək iddiaçıların nəzərinə!

FƏLSƏFƏ FƏNNİ ÜZRƏ İMTAHANLARIN KEÇİRİLMƏ QRAFİKİ

2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd vermiş və xarici dil imtahanını müvəffəqiyyətlə keçmiş iddiaçıların nəzərinə

Doktoranturaya qəbul olmaq üçün xarici dil imtahanınını müvəffəqiyyətlə keçmiş  iddiaçılara qarşıdakı imtahanlar haqqında

DOKTORANTURAYA QƏBULLA BAĞLI HÜQUQ İXTİSASLAŞMALARI ÜZRƏ İMTAHAN SUALLARI

2025-ci il Doktoranturaya qəbul üzrə fənn proqramı

Bakı Dövlət Universiteti

2025-cü il üçün fəlsəfə doktoru proqramı doktorant hazırlığı üzrə qəbul elan edir: ixtisaslar

BAKI DÖVLƏT UNİVERSİTETİ

2025-cü il üçün doktorant hazırlığı üzrə qəbul elan edir: qaydalar, tələb olunan sənədlər 

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanlar üçün növbəti ixtisas imtahanı.

BDU-nun rumıniyalı doktorantı: “Azərbaycan çox təhlükəsiz ölkədir, insanları qonaqpərvərdir”

Fakültələrin doktorant və dissertantları ilə görüşlər keçirilmişdir

Doktorant və dissertantlarla görüş

2025-ci ilin aprel-may aylarında Bakı Dövlət Universiteti növbəti doktorantura ixtisas imtahanlarını keçirəcəkdir.