BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

BAKI DÖVLƏT UNİVERSİTETİ

2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş və ənənəvi olaraq keçirilən “İlin gənc alimi” müsabiqəsinin məqsədi Bakı Dövlət Universitetinin (BDU) yaşı 35-ə qədər olan, il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Müsabiqə qaliblərinin mükafatlandırılması:

Müsabiqə üzrə qaliblər aşağıdakı 2 nominasiya üzrə “İlin gənc alimi” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:

  • Təbiət-dəqiq və texnika elmləri üzrə – 1 mükafat (2 000 manat);
  • Humanitar və ictimai elmlər üzrə – 1 mükafat (2 000 manat).

Müsabiqəyə təqdim olunan iddia sənədləri müəyyən edilmiş meyarlar və hər bənd üzrə xüsusi çəki nəzərə alınmaqla qiymətləndiriləcəkdir.

Müsabiqədə iştirak etmək üçün 2025-ci ildə:

  • təbiət-dəqiq və texnika elmləri sahələri üzrə ən azı 1 məqalə Web of Science və / və ya Scopus bazalarına daxil olan jurnallarda dərc olunmalıdır;
  • humanitar və ictimai elm sahələri üzrə ən azı 1 məqalə Web of Science, Scopus, ERIH PLUS, Philosopher's Index, Copernicus, Ulakbim, PsycINFO, EconLit və digər nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunmalıdır.

Müsabiqəyə təqdim olunan iddia sənədləri:

  1. 2025-ci ildə dərc olunmuş məqalələrin əsli və/və ya surəti (PDF formatda, DOI və internet linki göstərilməklə);
  2. 2025-ci ildə dərc olunmuş monoqrafiya və kitablar, atlaslar və icmallar (əsli və/və ya surəti, PDF formatda);
  3. 2025-ci ildə alınmış ixtiralar, patentlər (surəti);
  4. Elmi işlərə 2025-ci ildə olunan istinadların sayı (müəllif(lər)in özünə olunan istinadı istisna olmaqla) (H-indeksi, SCOPUS, Web of Science, Google Scholar üzrə statistika (linklər göstərilməklə)); 
  5. Multidisiplinar və tətbiqi xarakterli elmi işlər (konkret əsaslandırılmaqla);
  6. Respublika və beynəlxalq səviyyəli elmi konfrans, simpozium və digər tədbirlərdə (o cümlədən, online olmaqla) iştirak (adını və linkini dəqiq göstərməklə, elmi tədbirin proqramının və tezislərinin müvafiq hissələrinin surətlərini əlavə etməklə);
  7. Ölkədaxili və xarici qrantlar üzrə işlər (2025-ci ildə, konkret göstərilməklə);
  8. Tədris fəaliyyəti (2025-ci ildə, konkret göstərilməklə);
  9. Elmin kütləviləşdirilməsi üzrə fəaliyyət, yığıncaqlarda, ictimaiyyətlə görüşlərdə (o cümlədən, online olmaqla) elmi-kütləvi çıxışlar, TV, radio, internet TV-lərdə çıxışlar, KİV-lərə müsahibələr, yazılar (surətləri əlavə olunmaqla, böyük həcmli materiallar üçün isə internet linki göstərilməklə);

10. Şəxsi professional internet, Research-Gate, Mendeley, Academia, Google Scholar, Linkedin və digər səhifələrinin mövcudluğu (linklər göstərilməklə).

Müsabiqənin keçirilmə müddəti:

1.  Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar 2026-cı il 6 yanvar tarixindən başlayaraq elektron formada və ya kağız şəklində qəbul olunur;

2.  Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 2026-cı il 26 yanvar saat 17:00-dır.

Müsabiqəyə sənədlərin təqdim olunması:

1.  İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (elektron formada) elm-innovasiyalar@bsu.edu.az ünvanına təqdim etməlidirlər.

2.  Müsabiqədə yalnız BDU-nun magistrant, doktorant və əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.

3.  Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur, hər bir elmi əsər (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və bu təqdim olunma həmmüəllif(lər)lə yazılı şəkildə razılaşdırılmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir.

4.  Müsabiqəyə təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həm-müəlliflərin müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılması üzrə məsuliyyəti elmi işi müsabiqəyə təqdim edən iddiaçı daşıyır.

5.  Bu müsabiqə çərçivəsində mükafatlandırılan işlər cari ildə BDU üzrə elan ediləcək digər müsabiqələrə təqdim edilə bilməz.

Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə məsuliyyəti təqdim edən iddiaçı daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə kağız formada təqdim edilmiş sənədlər bir qayda olaraq geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən ekspertiza mərhələsində düzgün olmayan sənəd, imza və məlumatların təqdim olunması iddiaçının bu müsabiqədən və gələcəkdə keçiriləcək müsabiqələrdən kənarlaşdırılmasına səbəb olur.

Əlavə məlumat üçün:

Tel: (+994 12) 510 59 77

(+994 12) 539 64 58

E-mail: elm-innovasiyalar@bsu.edu.az

Digər elanlar

BDU-nun doktorantı nanohissəciklərin embrional inkişafa təsir mexanizmlərini araşdırır

Yeni iliniz mübarək

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında   

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanlar üçün növbəti ixtisas imtahanı 27-28 noyabr 2025-ci il tarixlərində keçiriləcəkdir..

BDU-nun Filologiya fakültəsinin magistrant, doktorant və əməkdaşları arasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Filologiya üzrə elm müsabiqəsi” elan edir

BDU-nun Kimya fakültəsinin magistrant, doktorant və əməkdaşları arasında görkəmli alim və ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü,

SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya üzrə elm müsabiqəsi” elan edir.

BDU-da iqtisadiyyatın müasir ekonometrik problemlərinin təhlili üzrə tədqiqatlar davam edir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanlar üçün növbəti ixtisas imtahanı.

2025-ci il fəlsəfə doktoru proqramı ilə doktoranturaya qəbul üzrə keçiriləcək ixtisas imtahanlarının yeri və vaxtı

2025-ci il üçün fəlsəfə doktoru proqramı ilə doktoranturaya qəbul üzrə “Fəlsəfə” fənnindən Bakı Dövlət Universitetində qəbul imtahanı verəcək iddiaçıların nəzərinə!

FƏLSƏFƏ FƏNNİ ÜZRƏ İMTAHANLARIN KEÇİRİLMƏ QRAFİKİ

2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd vermiş və xarici dil imtahanını müvəffəqiyyətlə keçmiş iddiaçıların nəzərinə

Doktoranturaya qəbul olmaq üçün xarici dil imtahanınını müvəffəqiyyətlə keçmiş  iddiaçılara qarşıdakı imtahanlar haqqında

DOKTORANTURAYA QƏBULLA BAĞLI HÜQUQ İXTİSASLAŞMALARI ÜZRƏ İMTAHAN SUALLARI

2025-ci il Doktoranturaya qəbul üzrə fənn proqramı

Bakı Dövlət Universiteti

2025-cü il üçün fəlsəfə doktoru proqramı doktorant hazırlığı üzrə qəbul elan edir: ixtisaslar

BAKI DÖVLƏT UNİVERSİTETİ

2025-cü il üçün doktorant hazırlığı üzrə qəbul elan edir: qaydalar, tələb olunan sənədlər 

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanlar üçün növbəti ixtisas imtahanı.

BDU-nun rumıniyalı doktorantı: “Azərbaycan çox təhlükəsiz ölkədir, insanları qonaqpərvərdir”

Fakültələrin doktorant və dissertantları ilə görüşlər keçirilmişdir

Doktorant və dissertantlarla görüş

2025-ci ilin aprel-may aylarında Bakı Dövlət Universiteti növbəti doktorantura ixtisas imtahanlarını keçirəcəkdir.

AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ   

BAKI DÖVLƏT UNİVERSİTETİ

ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İNNOVASİYALAR MƏRKƏZİ   DOKTORANTURA ŞÖBƏSİ 

Növbəti ixtisas imtahanlarını keçirəcəkdir.

AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ    BAKI DÖVLƏT UNİVERSİTETİ

ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İNNOVASİYALAR MƏRKƏZİ   DOKTORANTURA ŞÖBƏSİ 

Növbəti ixtisas imtahanlarını keçirəcəkdir.

Doktorantlar BDU-da aparılan elmi tədqiqatların əsas iştirakçılarıdırlar

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantı Bağırov Məhəmməd Bağırın rəhbərlik etdiyi “Gələcəyin İnnovativ Enerji Texnologiyası” layihəsi yekunlaşmışdır.

2024-cü ilin dekabr ayında Bakı Dövlət Universiteti doktorantura ixtisas imtahanlarını keçirəcəkdir.

2024-cü il üçün Bakı Dövlət Universitetinin doktoranturasına qəbul olmaq istəyən iddiaçıların ixtisas fənni üzrə qəbul imtahan nəticələri 

2024-cü il Bakı Dövlət Universitetində Doktoranturaya qəbulla əlaqədar İxtisas fənləri üzrə imtahanlarla bağlı məlumat

Bakı Dövlət Universitetinin doktoranturasına sənəd təqdim etmiş və 2024 -cü ildə magirtratura təhsili üzrə məzun olmuş iddiaçıların nəzərinə!

02-04 sentyabr 2024-cü il tarixlərində 2024-cü il üçün doktoranturaya qəbul üzrə Bakı Dövlət Universitetində “Fəlsəfə” fənnindən  qəbul imtahanının keçirilmə qrafiki