Özbəkistanlı doktorantların iştirakı ilə elmi-praktiki təcrübə proqramı təşkil olunub
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin təşəbbüsü ilə Özbəkistanın Buxara Tibb Universitetindən təcrübə keçmək üçün gəlmiş doktorantların, fakültənin magistrant və “Biotexnologiya” ixtisası üzrə təhsil alan I kurs tələbələrinin iştirakı ilə elmi-praktiki təcrübə proqramı təşkil olunub. Proqramın məqsədi iştirakçıların müasir laborator texnologiyaları, tətbiqi analiz metodları və aktual tədqiqat istiqamətləri ilə birbaşa tanışlığını təmin etmək olub. Təcrübə proqramı çərçivəsində iştirakçılar BDU-nun Biologiya fakültəsinin ixtisaslaşmış laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə tanış olublar. Molekulyar biologiya, biokimya, genetik analiz və bitki biotexnologiyası istiqamətləri üzrə icra olunan layihələr barədə məlumat verilib, laborator avadanlıqların iş prinsipi, nümunələrin hazırlanması mərhələləri və analiz nəticələrinin interpretasiyası praktiki şəkildə izah edilib. Bu mərhələ tələbələrin nəzəri biliklərinin praktik mühitdə möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.
Proqram çərçivəsində iştirakçılar Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi, dosent Roza Məmmədovanın rəhbərliyi ilə Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasında və klinik laboratoriyalarında olublar. Burada klinik laborator diaqnostikanın təşkili, molekulyar-bioloji metodların tibbdə tətbiqi və tam avtomatlaşdırılmış analiz sistemləri barədə təqdimat keçirilib. Klinik-Diaqnostik Laboratoriyada nümunələrin barkod sistemi ilə identifikasiyası və yüksək məhsuldarlıqlı analiz prosesi nümayiş etdirilib.
Təcrübə proqramı Əkinçilik Elmi-Tədqiqat İnstitutunda davam etdirilib. İnstitutda aparılan aqrar-bioloji tədqiqat istiqamətləri və laborator analiz metodları haqqında məlumat verilib. Təcrübə çərçivəsində QIAGEN şirkətinin elm və İinnovasiya üzrə direktoru İsmail Hakkı Taş tərəfindən “Glacial Advance” kapilyar elektroforez sistemi üzrə praktiki təlim keçirilib, cihazın iş prinsipi və nəticələrin analizi izah olunub. Proqram real laborator mühitdə bilik və bacarıqların inkişafına, beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə və gələcək birgə tədqiqatların formalaşmasına töhfə verir.
http://bsu.edu.az/az/news/bdu_tlblri_v_zbkistanl_doktorantlarn_itirak_il_elmipraktiki_tcrb_proqram_tkil_olunub
2026-cı il aprel ayının sonu və may aylarında Fəlsəfə doktoru proqramı üzrə təhsil alanlar üçün növbəti ixtisas imtahanları keçiriləcəkdir.
BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanlar üçün növbəti ixtisas imtahanı 23 yanvar 2026-cı il tarixində keçiriləcəkdir..
BDU-nun doktorantı nanohissəciklərin embrional inkişafa təsir mexanizmlərini araşdırır
BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir
Yeni iliniz mübarək
BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanlar üçün növbəti ixtisas imtahanı 27-28 noyabr 2025-ci il tarixlərində keçiriləcəkdir..
BDU-nun Filologiya fakültəsinin magistrant, doktorant və əməkdaşları arasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Filologiya üzrə elm müsabiqəsi” elan edir
BDU-nun Kimya fakültəsinin magistrant, doktorant və əməkdaşları arasında görkəmli alim və ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü,
SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya üzrə elm müsabiqəsi” elan edir.
BDU-da iqtisadiyyatın müasir ekonometrik problemlərinin təhlili üzrə tədqiqatlar davam edir
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanlar üçün növbəti ixtisas imtahanı.
2025-ci il fəlsəfə doktoru proqramı ilə doktoranturaya qəbul üzrə keçiriləcək ixtisas imtahanlarının yeri və vaxtı
2025-ci il üçün fəlsəfə doktoru proqramı ilə doktoranturaya qəbul üzrə “Fəlsəfə” fənnindən Bakı Dövlət Universitetində qəbul imtahanı verəcək iddiaçıların nəzərinə!
FƏLSƏFƏ FƏNNİ ÜZRƏ İMTAHANLARIN KEÇİRİLMƏ QRAFİKİ
2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd vermiş və xarici dil imtahanını müvəffəqiyyətlə keçmiş iddiaçıların nəzərinə
Doktoranturaya qəbul olmaq üçün xarici dil imtahanınını müvəffəqiyyətlə keçmiş iddiaçılara qarşıdakı imtahanlar haqqında
DOKTORANTURAYA QƏBULLA BAĞLI HÜQUQ İXTİSASLAŞMALARI ÜZRƏ İMTAHAN SUALLARI
2025-ci il Doktoranturaya qəbul üzrə fənn proqramı
Bakı Dövlət Universiteti
2025-cü il üçün fəlsəfə doktoru proqramı doktorant hazırlığı üzrə qəbul elan edir: ixtisaslar
BAKI DÖVLƏT UNİVERSİTETİ
2025-cü il üçün doktorant hazırlığı üzrə qəbul elan edir: qaydalar, tələb olunan sənədlər
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanlar üçün növbəti ixtisas imtahanı.
BDU-nun rumıniyalı doktorantı: “Azərbaycan çox təhlükəsiz ölkədir, insanları qonaqpərvərdir”
Fakültələrin doktorant və dissertantları ilə görüşlər keçirilmişdir
Doktorant və dissertantlarla görüş
2025-ci ilin aprel-may aylarında Bakı Dövlət Universiteti növbəti doktorantura ixtisas imtahanlarını keçirəcəkdir.
AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İNNOVASİYALAR MƏRKƏZİ DOKTORANTURA ŞÖBƏSİ
Növbəti ixtisas imtahanlarını keçirəcəkdir.
AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ
ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İNNOVASİYALAR MƏRKƏZİ DOKTORANTURA ŞÖBƏSİ
Növbəti ixtisas imtahanlarını keçirəcəkdir.
Doktorantlar BDU-da aparılan elmi tədqiqatların əsas iştirakçılarıdırlar
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantı Bağırov Məhəmməd Bağırın rəhbərlik etdiyi “Gələcəyin İnnovativ Enerji Texnologiyası” layihəsi yekunlaşmışdır.
2024-cü ilin dekabr ayında Bakı Dövlət Universiteti doktorantura ixtisas imtahanlarını keçirəcəkdir.