BAKI DÖVLƏT UNİVERSİTETİ

2025-cü il üçün doktorant hazırlığı üzrə qəbul elan edir

 

BAKI DÖVLƏT UNİVERSİTETİ

2025-cü il üçün fəlsəfə doktoru proqramı üzrə qəbul elan edir

Bakı Dövlət Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 2025-ci il tarixli 275s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2025-cü il üçün doktorant hazırlığı üzrə qəbul planları"na əsasən qəbul elan edir.

Doktoranturaya sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin  saytına daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimata  uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari ilin 13 may 2025-ci il tarixindən 03 iyun 2025-ci il tarixinədək (3 həftə ərzində) keçiriləcək. Sənədlərin elektron qəbulu prosesi 03 iyun saat 17-00-da başa çatacaq.

Qeyd: Elmi rəhbərin rəyi və digər tələb olunan sənədlər imtahanlara buraxılma haqqında qərarın qəbul edilməsi üçün Doktoranturaya Qəbul Komissiyasına (Bakı Dövlət Universiteti, Doktorantura şöbəsinə, Əsas bina 210) 2025-ci il iyunun 03-dək saat 16-00-dək təqdim edilməlidir.

Doktoranturaya qəbul proseduru

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. (Portal.edu.az vasitəsilə 13.05.2025-03.06.2025-ci il tarixlərində müraciətlər qəbul olunacaq). Sənəd qəbulu prosesi 03 iyun saat 17-00 da başa çatacaq.

Doktoranturaya qəbul olunmaq istəyən şəxs sənədlərini portala yükləməlidir.

Qəbul komissiyası tərəfindən doktoranturaya qəbul olmaq istəyən şəxslərin sənədləri yoxlanılır və ixtisasa uyğunluğu müəyyən edilir.

Sənəd qəbulu prosesində Elmi rəhbərin rəyi zəruridir.

Qəbul komissiyası nəzərdə tutulan elmi rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir.

“Xarici dil” imtahanının keçirilməsi üçün siyahılar Elm və Təhsil Nazirliyi tərəfindən Dövlət İmtahan Mərkəzinə göndərilir (“Xarici dil” imtahanının 22.06.2025-ci il tarixində keçirilməsi nəzərdə tutulmuşdur).

Doktoranturaya xarici dillər üzrə qəbul imtahanı proqramları (2025) chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/https://dim.gov.az/storage/postFile/proqram-az-2025pdf_13-01-2025_11-47-56.pdf  

“Xarici dil” imtahanının nəticələri Elm və Təhsil Nazirliyi tərəfindən portala yüklənilir.

“Xarici dil” imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin “Fəlsəfə” fənnində iştirakı üçün siyahılar Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş ali təhsil müəssisəsinə göndərilir (“Fəlsəfə” fənni üzrə imtahanın 2-4 sentyabr 2025-ci il tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur).

“Fəlsəfə” fənnindən “məqbul” alan şəxslərin siyahısı imtahan keçirən ali təhsil müəssisəsi tərəfindən iddiaçıların sənəd təqdim etdiyi ali təhsil müəssisələrinə göndərilməli və ali təhsil müəssisəsinin məsul şəxsi tərəfindən “Fəlsəfə” imtahanının nəticəsi portala qeyd olunmalıdır. “Fəlsəfə” fənnindən “məqbul” alan şəxslərin ixtisas imtahanlarında iştirakı təmin edilir (İxtisas imtahanlarının 9-11 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur).

 

2025-cü il üçün fəlsəfə doktoru proqramına doktorant hazırlığı üzrə qəbul zamanı tələb olunan sənədlərin siyahısı:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya  qəbul olmaq istəyən iddiaçılar üçün

- Bakı Dövlət Universitetinin (BDU) 2025-cü il üçün qəbul komissiyasının sədrinin adına müəyyən olunmuş formada ə r i z ə (nümunə aşağıda verilmişdir, ərizə əlyazma ilə olmalıdır );

- İş yeri olanlar üçün müəssisədən möhür və müəssisə rəhbərinin və ya kadrlar şöbəsinin müdirinin imzası ilə təsdiq olunmuş kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal (əlyazma ilə ətraflı yazılmalı, sonda imza edilməli və tarix qoyulmalıdır);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış (iş yerindən və ya notarial təsdiq edilmiş formada);

- xasiyyətnamə (hər hansı müəssisədə işləyənlər iş yerindən təsdiq olunmuş formada, təhsil alanlar fakültə dekanı tərəfindən təsdiq olunmuş formada təqdim etməlidir, işləməyən və hazırda təhsil almayanlar son iş yerindən və ya son təhsil müəssisəsindən ala bilər. Sənəd məsul şəxs tərəfindən imzalanaraq təsdiq edilməlidir.);

- çap olunmuş elmi işlərin siyahısı (iddiaçının özü və müvafiq razılıq sənədi verən elmi rəhbər tərəfindən və ya şöbə, kafedra və ya fakültə dekanlığı tərəfindən təsdiqlənmiş qaydada (bax əlavə 2)), elmi məqalə olmadıqda seçilmiş ixtisas üzrə referat (ən azı 8 səhifə), eləcədə referata rəy tələb olunur, rəy ixtisasa uyğun rəyçi tərəfindən imzalanır və onun çalışdığı müəssisədə imzası təsdiq edilməlidir);

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (diplom əlavəsi daxil olmaqla) notarial təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin verdiyi uyğunluq şəhadətnaməsi);

- Magistratura təhsilini bitirmək üzrə olanlar təhsil aldıqları müəssisədən təhsilin mərhələsi və diplom müdafiəsi haqqında arayış təqdim etməlidir.(məsul şəxsin imzası və imzanı təsdiq edən möhür olmaqla)

- şəxsiyyət vəsiqəsinin surəti;

- 4 ədəd 3x4 ölçüdə fotoşəkil (rəngli);

- sənədləri yerləşdirəcək qovluq (kağız ipli);

- Elmi rəhbərdən razılıq sənədi (xüsusi formada olur. Elmi rəhbərin razılıq sənədi elektron yerləşdirilmədikdə və BDU-nun Qəbul Komissiyasına təqdim edilmədikdə iddiaçı qəbul imtahanlarına buraxılmır. (bax əlavə2)).

- Xarici dil üzrə dil sertifikatları almış şəxslər sertifikatın və ya arayış vərəqəsinin nüxsəsini təqdim etməlidir.

 QEYD:

  1. MBA təhsili alıb, dissertasiya müdafiə edənlər doktoranturaya yalnız iqtisad elmləri üzrə müraciət edə bilər;
  2. İxtisas uyğunluğu (doktorantura elm sahəsinin bakalavr və ya magistr təhsilinə uyğun olması);
  3. 2025-cü ildə məzun olmuş və sənəd təqdim etmiş şəxslərin diplom və diploma əlavələrinin ixtisas imtahanına qədər təqdim etməlidir;
  4. Xaricdə magistr təhsili alan Dövlət Proqramı məzunlarının diplom almaları barədə sənədlərinin ixtisas imtahanına qədər təqdim edilməsi.
  5. İmtahanlara buraxılma haqqında qərarın qəbul edilməsi üçün portalda yerləşdirilmiş elmi rəhbərin rəyi və digər tələb olunan sənədlər  BDU Doktoranturaya Qəbul Komissiyasına (Doktorantura şöbəsinə) 2025-ci il iyunun03-ü saat 16-00-dək təqdim edilməlidir.
  6. Əyani qəbul olanlar əmək fəaliyyətlərinə xitam verilməklə əmək kitabçalarını 12 sentyabr 2025-ci il tarixinədək BDU doktorantura şöbəsinə təhvil verməlidir. Doktoranturaya qəbul olan iddiaçılar 15 sentyabr 2025-cü il tarixinədək Bakı Dövlət Universiteti ilə fərdi müqaviləni bağlamalıdırlar. Əyani qəbul olmuş və əmək kitabçasını təqdim etməyənlərlə fərdi müqavilə bağlanmayacaqdır.

Ərizə forması

Əlavə 1-Elmi rəhbər razılıq sənədi

Əlavə 2-Elmi əsərlərin siyahısı cədvəli

Digər elanlar

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

Bakı Dövlət Universiteti

2025-cü il üçün Fəlsəfə doktoru proqramı üzrə doktorant hazırlığı üzrə qəbul ELAN edir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanlar üçün növbəti ixtisas imtahanı.

BDU-nun rumıniyalı doktorantı: “Azərbaycan çox təhlükəsiz ölkədir, insanları qonaqpərvərdir”

Fakültələrin doktorant və dissertantları ilə görüşlər keçirilmişdir

Doktorant və dissertantlarla görüş

2025-ci ilin aprel-may aylarında Bakı Dövlət Universiteti növbəti doktorantura ixtisas imtahanlarını keçirəcəkdir.

AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ   

BAKI DÖVLƏT UNİVERSİTETİ

ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İNNOVASİYALAR MƏRKƏZİ   DOKTORANTURA ŞÖBƏSİ 

Növbəti ixtisas imtahanlarını keçirəcəkdir.

AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ    BAKI DÖVLƏT UNİVERSİTETİ

ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İNNOVASİYALAR MƏRKƏZİ   DOKTORANTURA ŞÖBƏSİ 

Növbəti ixtisas imtahanlarını keçirəcəkdir.

Doktorantlar BDU-da aparılan elmi tədqiqatların əsas iştirakçılarıdırlar

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantı Bağırov Məhəmməd Bağırın rəhbərlik etdiyi “Gələcəyin İnnovativ Enerji Texnologiyası” layihəsi yekunlaşmışdır.

2024-cü ilin dekabr ayında Bakı Dövlət Universiteti doktorantura ixtisas imtahanlarını keçirəcəkdir.

2024-cü il üçün Bakı Dövlət Universitetinin doktoranturasına qəbul olmaq istəyən iddiaçıların ixtisas fənni üzrə qəbul imtahan nəticələri 

2024-cü il Bakı Dövlət Universitetində Doktoranturaya qəbulla əlaqədar İxtisas fənləri üzrə imtahanlarla bağlı məlumat

Bakı Dövlət Universitetinin doktoranturasına sənəd təqdim etmiş və 2024 -cü ildə magirtratura təhsili üzrə məzun olmuş iddiaçıların nəzərinə!

02-04 sentyabr 2024-cü il tarixlərində 2024-cü il üçün doktoranturaya qəbul üzrə Bakı Dövlət Universitetində “Fəlsəfə” fənnindən  qəbul imtahanının keçirilmə qrafiki

2024-cü il Bakı Dövlət Universitetində Doktoranturaya qəbulla əlaqədar "Fəlsəfə" fənni üzrə imtahanla bağlı məlumat

 

Doktoranturaya qəbul üzrə Fəlsəfə fənn imtahan sualları 

BDU-nun doktorant və dissertantları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

Bakı Dövlət Universiteti  2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

Bakı Dövlət Universiteti  2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul prosesi üçün təlimat və tələb olunan sənədlər

Bakı Dövlət Universitetinin bir qisim doktorant və dissertantlarının növbəti attestasiyası keçiriləcəkdir.

BDU -da "İlin gənc alimi" müsabiqəsi

Növbəti fəlsəfə doktoru imtahanları

Bakı Dövlət Universitetinin Doktorant və dissertantlarının növbəti attestasiyası keçirilir

22 dekabr 2023 -cü il tarixində İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahanlarında iştirak edəcək doktorant və dissertantların siyahısı

Doktorantlarımızın uğurları

15 dekabr 2023 -cü il tarixində İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahanlarında iştirak edəcək doktorant və dissertantların siyahısı

15 noyabr 2023 -cü il tarixində İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahanlarında iştirak edəcək doktorant və dissertantların siyahısı

İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahan verəcək doktorant və dissertantların siyahısı (07 noyabr 2023) 

Əyani təhsil alan doktorantların nəzərinə