BDU-da “İnternet dilinin əqli və hissi xüsusiyyətləri” mövzusunda tələbə elmi seminarı
BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “İnternet dilinin əqli və hissi xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib. Seminarda BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva, gənc tədqiqatçılar, bakalavriat və magistrantlar iştirak edib. Tələbə elmi seminarının rəhbəri, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının II kurs magistrantı Aygün Əliyeva tədbiri açıq elan edərək, iştirakçıları seminarın mövzusu və məruzəçi haqqında məlumatlandırıb.
Mövzu üzrə məruzə edən BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının I kurs magistrantı Günay Əliyeva müasir dövrdə internetin dilə, xüsusən yazılı nitqə təsirindən danışıb. O, internetdə, əsasən, sosial şəbəkələrdə yazılı nitqdə fikrin ifadəsinə xidmət edən və əsas ünsiyyət vasitəsinə çevrilən piktoqrafik və ideoqrafik ifadələrdən, simvollardan və onların dilə təsirindən ətraflı söz açıb, bu cür mesajlaşmanın faydalı və zərərli tərəfləri barəsində məlumat verib.
Sonra mövzu üzrəopponentlər- Ümumi dilçilik kafedrasının I kurs magistrantı Qismət Cəfərov və Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının I kurs magistrantı Aytən Əkbərli çıxış edərək,tədqiqat işinin əhəmiyyətindən danışıb, məruzə ilə bağlı irad və təkliflərini səsləndiriblər.
Dosent Rəhilə Quliyeva çıxışında TEB-in belə seminarlar keçirməsini, tələbələrin elmi fəaliyyətdəki aktivliyini yüksək qiymətləndirib, mövzu ilə bağlı fikirlərini bölüşüb.
Daha sonra TEB-in sədri Pərvin Eyvazov, sədr müavini, Azərbaycan dilçiliyi kafedrasının II kurs magistrantı Murad Əmənov, III kurs tələbəsi Aytən Şamilova və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, mübahisəli məsələlərə öz münasibətlərini bildiriblər.
Mətbuat və informasiya şöbəsi, 19 noyabr 2018-ci il.
2023-cü il 14 iyun tarixində keçirilmiş ixtisas fənlərindən fəlsəfə doktoru imtahanının nəticələri
2023-cü il aprel və may aylarında keçirilmiş ixtisas fənlərindən fəlsəfə doktoru imtahanlarının nəticələri
BDU-nun 2 komandasının 2 layihəsi "TEKNOFEST-2023"ün qalibi oldu
BDU, YAP və Ankara Universitetinin birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans keçirilir
Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının əcnəbi doktorantı Adama Togolanın elmi seminarı keçirilib
BDU-nun doktorantları İspaniyanın Granada və İtaliyanın La Sapienza Roma universitetlərində tədqiqat təcrübəsində iştirak edəcəklər
2023-cü ilin yanvar və fevral aylarında keçirilmiş imtahanların nəticələri
2023-cü il 31 yanvar tarixində Psixologiya kafedrasında doktorant və dissertantların attestasiyası keçirilmişdir
Bakı Dövlət Universitetində ixtisas fənlərindən fəlsəfə doktoru imtahanları davam edir
Doktorantlarımız elmi seminarlarda
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının doktorantı Tahir Cavadzadənin həmmüəllifi olduğu məqalə “Web of Science” bazasında Q2 kateqoriyalı jurnallar siyahısına daxil olan jurnalda dərc olunub
2022-ci ilin dekabr ayında keçirilmiş ixtisas fənnindən fəlsəfə doktoru imtahanlarının nəticələri
T Ə B R İ K E D İ R İ K !
Mexanika-riyaziyyat fakültəsinin dissertantı Allahverdiyeva Səriyə İnqilab qızının həmmüəllif olduğu məqalə AİMS MATHEMATİCS jurnalında çap edilmişdir
28 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BDU-DA DOKTORANTLARLA GÖRÜŞ KEÇİRİLDİ
BDU-da doktorantların və dissertantların ixtisas fənnindən imtahanları davam edir
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının doktorantı Nərmin Rəkidə tərəfindən neft tullantılarının təmizlənməsi üçün yeni metod hazırlanıb
Bu gün Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və Doktorantura şöbəsinin təşkilatçılığı ilə “GƏNC TƏDQİQATÇILARA DƏSTƏK” layihəsinin icrasına başlandı
Bakı Dövlət Universitetinin dissertantı Estrova Səbinə Tofiq qızı tərəfindən Təlimatçı fəaliyyətinin psixoloji aspektləri ("Train the trainers" proqramı) mövzusunda elmi seminar keçirilmişdir
BDU-da əlcəzairli doktorantın elmi seminarı keçirilib