Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının doktorantı Tahir Cavadzadənin həmmüəllifi olduğu məqalə “Web of Science” bazasında Q2 kateqoriyalı jurnallar siyahısına daxil olan jurnalda dərc olunub
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasının doktorantı Tahir Cavadzadənin həmmüəllifi olduğu “N-əvəzli tiokarbamidin metal komplekslərinin sintezi, struktur analizi, DFT tədqiqi, antioksidant fəallığı” (Synthesis, structural analysis, DFT study, antioxidant activity of metal complexes of N-substituted thiourea”) məqaləsi “Web of Science” bazasında Q2 kateqoriyalı jurnallar siyahısına daxil olan “Polyhedron” (IF: 1.09) jurnalında dərc olunub.
https://doi.org/10.1016/j.poly.2022.116274
Məqalə N-əvəzli tiokarbamid və onların metal komplekslərinin sintezi, quruluşlarının müasir fiziki-kimyəvi üsullarla müfəssəl tədqiqinə həsr edilib. Bu birləşmələrin sabit strukturlarını xarakterizə edən həndəsi, enerji və elektron parametrlər müəyyən olunub, funksional sıxlıq nəzəriyyəsi əsasında sərhəd molekulyar orbitalların enerjiləri, enerji boşluğu, kimyəvi reaktivlik deskriptorları, atom yükləri, dipol momenti və qütbləşmə qabiliyyəti hesablanıb. Eyni zamanda reagent və kompleks üçün molekulyar qarşılıqlı təsirlərin baş verə biləcəyi elektrofil və nukleofil bölgələrin yerləri müəyyənləşib, elektron sıxlığının ötürülməsi və hiper konyuqativ qarşılıqlı təsirlər isə aydınlaşdırılır. Müəyyən edilib ki, tiokarbamid və onun kompleksinin təklif olunan modellərinin təcrübi və nəzəri cəhətdən əldə edilmiş parametrləri üst-üstə düşür. Sintez edilmiş birləşmələrin antioksidant xüsusiyyətləri model reaksiyalarında tədqiq edilib. Məlum olub ki, bu birləşmələr sürtkü materiallarının oksidləşməsinə qarşı yüksək inhibitor xassəyə malikdir.
2023-cü il 14 iyun tarixində keçirilmiş ixtisas fənlərindən fəlsəfə doktoru imtahanının nəticələri
2023-cü il aprel və may aylarında keçirilmiş ixtisas fənlərindən fəlsəfə doktoru imtahanlarının nəticələri
BDU-nun 2 komandasının 2 layihəsi "TEKNOFEST-2023"ün qalibi oldu
BDU, YAP və Ankara Universitetinin birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans keçirilir
Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının əcnəbi doktorantı Adama Togolanın elmi seminarı keçirilib
BDU-nun doktorantları İspaniyanın Granada və İtaliyanın La Sapienza Roma universitetlərində tədqiqat təcrübəsində iştirak edəcəklər
2023-cü ilin yanvar və fevral aylarında keçirilmiş imtahanların nəticələri
2023-cü il 31 yanvar tarixində Psixologiya kafedrasında doktorant və dissertantların attestasiyası keçirilmişdir
Bakı Dövlət Universitetində ixtisas fənlərindən fəlsəfə doktoru imtahanları davam edir
Doktorantlarımız elmi seminarlarda
2022-ci ilin dekabr ayında keçirilmiş ixtisas fənnindən fəlsəfə doktoru imtahanlarının nəticələri
T Ə B R İ K E D İ R İ K !
Mexanika-riyaziyyat fakültəsinin dissertantı Allahverdiyeva Səriyə İnqilab qızının həmmüəllif olduğu məqalə AİMS MATHEMATİCS jurnalında çap edilmişdir
28 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BDU-DA DOKTORANTLARLA GÖRÜŞ KEÇİRİLDİ
BDU-da doktorantların və dissertantların ixtisas fənnindən imtahanları davam edir
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının doktorantı Nərmin Rəkidə tərəfindən neft tullantılarının təmizlənməsi üçün yeni metod hazırlanıb
Bu gün Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və Doktorantura şöbəsinin təşkilatçılığı ilə “GƏNC TƏDQİQATÇILARA DƏSTƏK” layihəsinin icrasına başlandı
Bakı Dövlət Universitetinin dissertantı Estrova Səbinə Tofiq qızı tərəfindən Təlimatçı fəaliyyətinin psixoloji aspektləri ("Train the trainers" proqramı) mövzusunda elmi seminar keçirilmişdir
BDU-da əlcəzairli doktorantın elmi seminarı keçirilib
Doktorantlarımız elmi seminarlarda