476 31-10-2022

BDU-da əlcəzairli doktorantın elmi seminarı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində əcnəbi doktorant, Əlcəzair Xalq Demokratik Respublikasının vətəndaşı Lemounes Nour El Houda Djoumananın elmi seminarı keçirilib. Seminarda doktorant “Akademik kitabxanaların rəqəmsal informasiya resursları” mövzusunda məruzə ilə çıxış edib. BDU-nun Elmi Kitabxanası, ADA Universitetinin Kitabxanası və UNEC Kitabxana İnformasiya Mərkəzinin iş təcrübəsi əsasında hazırlanmış məruzədə hər üç ali təhsil müəssisəsinin kitabxanalarında aparılan rəqəmsallaşdırma prosesləri şərh olunub. Bildirilib ki, universitet kitabxanaları müəssisənin akademik mühitinin fomalaşmasında aparıcı rol oynayır, səmərəli elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsinə mühüm töhfələr verir.  
Müasir şəraitdə universitet kitabxanalarının rəqəmsal resurslarını təhsil, tədqiqat və eləcə də informasiya mühitinin əsas komponenti kimi dəyərləndirən doktorant tədris və tədqiqat sahəsində keyfiyyətli akademik mühitin təşviqi baxımından rəqəmsal resursların rolunu xüsusi qiymətləndirib. Araşdırmada həmçinin tədqiqat obyekti kimi seçilən kitabxanaların strukturu, sənəd dövriyyəsi, kitab fondu, elektron kataloqu, prioritetləri və bu sahədə olan dünya təcrübəsi barədə iştirakçılara ətraflı məlumat verilib. Məruzənin sonunda əcnəbi doktorant BDU-da tədqiqat aparmaq üçün səmərəli elmi mühitin formalaşdığını və günü-gündən inkişaf etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Əlcəzair Xalq Demokratik Respublikasının vətəndaşı Lemounes Nour El Houda Djoumana Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi” haqqında 2018-ci il 10 yanvar tarixli Sərəncamına uyğun olaraq BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinə qəbul olunub və hazırda elmi tədqiqatlarını davam etdirir.

Digər yazılar

2023-cü il 14 iyun tarixində keçirilmiş ixtisas fənlərindən fəlsəfə doktoru imtahanının nəticələri

2023-cü il aprel və may aylarında keçirilmiş ixtisas fənlərindən fəlsəfə doktoru imtahanlarının nəticələri

BDU-nun 2 komandasının 2 layihəsi "TEKNOFEST-2023"ün qalibi oldu

BDU, YAP və Ankara Universitetinin birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans keçirilir

Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının əcnəbi doktorantı Adama Togolanın elmi seminarı keçirilib

BDU-nun doktorantları İspaniyanın Granada və İtaliyanın La Sapienza Roma universitetlərində tədqiqat təcrübəsində iştirak edəcəklər

2023-cü ilin yanvar və fevral aylarında keçirilmiş imtahanların nəticələri

2023-cü il 31 yanvar tarixində Psixologiya kafedrasında doktorant və dissertantların attestasiyası keçirilmişdir

Bakı Dövlət Universitetində ixtisas fənlərindən fəlsəfə doktoru imtahanları davam edir

Doktorantlarımız elmi seminarlarda

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının doktorantı Tahir Cavadzadənin həmmüəllifi olduğu məqalə “Web of Science” bazasında Q2 kateqoriyalı jurnallar siyahısına daxil olan jurnalda dərc olunub

2022-ci ilin dekabr ayında keçirilmiş ixtisas fənnindən fəlsəfə doktoru imtahanlarının nəticələri

T Ə B R İ K      E D İ R İ K !

Mexanika-riyaziyyat fakültəsinin dissertantı Allahverdiyeva Səriyə İnqilab qızının həmmüəllif olduğu məqalə AİMS MATHEMATİCS jurnalında çap edilmişdir

28 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BDU-DA DOKTORANTLARLA GÖRÜŞ KEÇİRİLDİ

BDU-da doktorantların və dissertantların ixtisas fənnindən imtahanları davam edir

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının doktorantı Nərmin Rəkidə tərəfindən neft tullantılarının təmizlənməsi üçün yeni metod hazırlanıb

Bu gün Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və Doktorantura şöbəsinin təşkilatçılığı ilə “GƏNC TƏDQİQATÇILARA DƏSTƏK” layihəsinin icrasına başlandı

Bakı Dövlət Universitetinin dissertantı Estrova Səbinə Tofiq qızı tərəfindən Təlimatçı fəaliyyətinin psixoloji aspektləri ("Train the trainers" proqramı) mövzusunda elmi seminar keçirilmişdir

Doktorantlarımız elmi seminarlarda