506 17-01-2023

Doktorantlarımız elmi seminarlarda

2023-cü il 17 yanvar tarixində Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinın doktorantları elmi seminarda məruzə etmişdir.

Seminarda 6102.01 - “Yeniyetmə və uşaq psixologiyası” ixtisası üzrə dissertant Əbdülbağıyeva Aydan Rasim qızı “Sərvət meyilləri anlayışının mahiyyəti” mövzusu ilə çıxış edərək sərvət meyillərinin formalaşmasına təsir edən amillər, sərvət meyillərinin psixoloji tədqiqatının əsas vəzifəsi, subyektiv dəyərlərin fərd kimi şəxsiyyətdən asılı olduğu, bir şəxsiyyətə məxsus dəyərlərin hərtərəfli öyrənilməsinin mümkün olmadığı, “mənlik şüuru” və mənlik şüurunun strukturunun üç cəhəti - “Mən-obraz”, özünüqiymətləndirmə, potensial davranış reaksiyaları haqqında danışdı. Sonda dissertant mənlik şüurunun formalaşması prosesinin köklərini araşdırarkən ilk növbədə körpə uşaqların güzgüdə özlərini tanımaları məsələsinə xüsusi diqqət yetirilməsi və tədqiqatın 16-22 aylıq uşaqlar üzərində aparıldığını qeyd etdi.

6102.01 - “Yeniyetmə və uşaq psixologiyası” ixtisası üzrə qiyabi doktorant Cəfərova Şəbnəm Şükür qızı “Onlayn oyunların yeniyetmələrin sosial münasibətlərinə təsiri” mövzusu ilə çıxış etdi.

6102.01 - “Yeniyetmə və uşaq psixologiyası” ixtisası üzrə əyani doktorant Hüseynzadə Müjgan Vəli qızı “Ailə mühitindən məhrum olan uşaqlar arasında davranış pozuntuları” mövzusu ilə çıxış etdi. Doktorant uşaqların və yeniyetmələrin həmişə psixi sağlamlıq tədqiqatçıları üçün əhəmiyyətli olaraq diqqət mərkəzində olması, uşaqlar arasında da, bəzi qruplarda psixoloji pozuntuların yaranma riskinin digərlərinə nisbətən daha çox olması, ailə mühitindən məhrum, qaçqın eləcə də, internat evlərində tərbiyə olunan uşaqların və yeniyetmələrin belə həssas qruplardan birini təşkil etdiyi, bu uşaqlar və yeniyetmələr arasında şəxsiyyət və davranış pozuntularının yayılması öz ailələri tərəfindən tərbiyə olunan həmyaşıdları ilə müqayisədə yüksək olması, davranış pozuntularına səbəbin emosional travma olması, internat müəssisəsinin yeniyetmənin emosional təlabatlarını təmin edə bilməməsi və onu sosial və emosional davranışın müxtəlif tipləri ilə inkişaf etdirə bilməməsi, ailənin sosial standartlaşdırma prosesi vasitəsilə fərdin davranışının formalaşmasında rol oynaması haqqında danışdı. Sonda doktorant nəticə olaraq, vaxtında davranışın korreksiya işlərinin hazırlanması üçün ailə mühitindən məhrum uşaqlarda psixi sağlamlıq problemlərinin qiymətləndirilməsinə və müəyyən edilməsinə, əlavə olaraq, sadalanan psixoloji problemlərin onların inkişafına mənfi təsirinin qarşısını almaq üçün xüsusi və vaxtında psixokorreksiya və psixoprofilaktik tədbirlərinin həyata keçirilməsinə ehtiyacın olduğunu qeyd etdi.

Digər yazılar

2023-cü il 14 iyun tarixində keçirilmiş ixtisas fənlərindən fəlsəfə doktoru imtahanının nəticələri

2023-cü il aprel və may aylarında keçirilmiş ixtisas fənlərindən fəlsəfə doktoru imtahanlarının nəticələri

BDU-nun 2 komandasının 2 layihəsi "TEKNOFEST-2023"ün qalibi oldu

BDU, YAP və Ankara Universitetinin birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans keçirilir

Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının əcnəbi doktorantı Adama Togolanın elmi seminarı keçirilib

BDU-nun doktorantları İspaniyanın Granada və İtaliyanın La Sapienza Roma universitetlərində tədqiqat təcrübəsində iştirak edəcəklər

2023-cü ilin yanvar və fevral aylarında keçirilmiş imtahanların nəticələri

2023-cü il 31 yanvar tarixində Psixologiya kafedrasında doktorant və dissertantların attestasiyası keçirilmişdir

Bakı Dövlət Universitetində ixtisas fənlərindən fəlsəfə doktoru imtahanları davam edir

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının doktorantı Tahir Cavadzadənin həmmüəllifi olduğu məqalə “Web of Science” bazasında Q2 kateqoriyalı jurnallar siyahısına daxil olan jurnalda dərc olunub

2022-ci ilin dekabr ayında keçirilmiş ixtisas fənnindən fəlsəfə doktoru imtahanlarının nəticələri

T Ə B R İ K      E D İ R İ K !

Mexanika-riyaziyyat fakültəsinin dissertantı Allahverdiyeva Səriyə İnqilab qızının həmmüəllif olduğu məqalə AİMS MATHEMATİCS jurnalında çap edilmişdir

28 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BDU-DA DOKTORANTLARLA GÖRÜŞ KEÇİRİLDİ

BDU-da doktorantların və dissertantların ixtisas fənnindən imtahanları davam edir

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının doktorantı Nərmin Rəkidə tərəfindən neft tullantılarının təmizlənməsi üçün yeni metod hazırlanıb

Bu gün Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və Doktorantura şöbəsinin təşkilatçılığı ilə “GƏNC TƏDQİQATÇILARA DƏSTƏK” layihəsinin icrasına başlandı

Bakı Dövlət Universitetinin dissertantı Estrova Səbinə Tofiq qızı tərəfindən Təlimatçı fəaliyyətinin psixoloji aspektləri ("Train the trainers" proqramı) mövzusunda elmi seminar keçirilmişdir

BDU-da əlcəzairli doktorantın elmi seminarı keçirilib

Doktorantlarımız elmi seminarlarda