412 31-10-2022

Bakı Dövlət Universitetinin dissertantı Estrova Səbinə Tofiq qızı tərəfindən Təlimatçı fəaliyyətinin psixoloji aspektləri ("Train the trainers" proqramı) mövzusunda elmi seminar keçirilmişdir

2022-ci il 28 oktyabr tarixində Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və doktorantura şöbəsinin təşkilatçılığı ilə Elmi kitabxananın müəllimlər üçün olan oxu zalında “Təlimatçı fəaliyyətinin psixoloji aspektləri” ("Train the trainers" proqramı) mövzusunda seminar keçirilmişdir. Seminarda məruzəçi Sosial elmlər və psixologiya fakültəsinin Sosial və pedaqoji psixologiya kafedrasının 6104.01 - “Pedaqoji psixologiya” ixtisası üzrə büdcə hesabına fəlsəfə doktoru proqramı üzrə dissertantı – Estrova Səbinə Tofiq qızı olmuşdur. 

Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov məruzəçini iştirakçılara təqdim edərək seminarı açdı.

Seminarda Biologiya, Ekologiya və torpaqşünaslıq, Jurnalistika, Filologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin doktorantları (dissertantları) iştirak etmişdir.

Məruzəçi seminarın məqsədinin təhsilalanların və gələcək təlimçilərin pedaqoji fəaliyyətinin psixoloji aspektləri istiqamətində vacib biliklər almasından, həmçinin dinləyicilərə şəxsiyyətin mənəvi, əqli keyfiyyətlərinin formalaşdırılması, inkişaf etdirilməsi və təkmilləşdirilməsi üsullarını öyrətməkdən ibarət olmasını vurğulamışdır.

Seminar iştirakçıları sualları və fikirləri ilə seminarda fəal olmuş, seminarın mövzusu üzrə aktual məsələlərə toxunmuşdur. Təlimatçı fəaliyyətinin psixoloji aspektləri üzrə faktiki faktorlar araşdırılmış, xüsusiyyətləri göstərilmişdir. İştirakçılar öz təcrübələri ilə bölüşmüşlər. Daha sonra Magistratura və doktorantura şöbəsinin müdiri Mirnamik Bəşirov seminarın aktuallığı, pedaqoji və psixoloji aspektlərin araşdırılmasının bütün sahələr üçün önəmli olduğunu vurğulamış, müasir səviyyədə təqdimatı üçün məruzəçiyə təşəkkür etmişdir.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilmiş və seminar xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşmışdır.

 

Digər yazılar

2023-cü il 14 iyun tarixində keçirilmiş ixtisas fənlərindən fəlsəfə doktoru imtahanının nəticələri

2023-cü il aprel və may aylarında keçirilmiş ixtisas fənlərindən fəlsəfə doktoru imtahanlarının nəticələri

BDU-nun 2 komandasının 2 layihəsi "TEKNOFEST-2023"ün qalibi oldu

BDU, YAP və Ankara Universitetinin birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans keçirilir

Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının əcnəbi doktorantı Adama Togolanın elmi seminarı keçirilib

BDU-nun doktorantları İspaniyanın Granada və İtaliyanın La Sapienza Roma universitetlərində tədqiqat təcrübəsində iştirak edəcəklər

2023-cü ilin yanvar və fevral aylarında keçirilmiş imtahanların nəticələri

2023-cü il 31 yanvar tarixində Psixologiya kafedrasında doktorant və dissertantların attestasiyası keçirilmişdir

Bakı Dövlət Universitetində ixtisas fənlərindən fəlsəfə doktoru imtahanları davam edir

Doktorantlarımız elmi seminarlarda

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının doktorantı Tahir Cavadzadənin həmmüəllifi olduğu məqalə “Web of Science” bazasında Q2 kateqoriyalı jurnallar siyahısına daxil olan jurnalda dərc olunub

2022-ci ilin dekabr ayında keçirilmiş ixtisas fənnindən fəlsəfə doktoru imtahanlarının nəticələri

T Ə B R İ K      E D İ R İ K !

Mexanika-riyaziyyat fakültəsinin dissertantı Allahverdiyeva Səriyə İnqilab qızının həmmüəllif olduğu məqalə AİMS MATHEMATİCS jurnalında çap edilmişdir

28 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BDU-DA DOKTORANTLARLA GÖRÜŞ KEÇİRİLDİ

BDU-da doktorantların və dissertantların ixtisas fənnindən imtahanları davam edir

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının doktorantı Nərmin Rəkidə tərəfindən neft tullantılarının təmizlənməsi üçün yeni metod hazırlanıb

Bu gün Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və Doktorantura şöbəsinin təşkilatçılığı ilə “GƏNC TƏDQİQATÇILARA DƏSTƏK” layihəsinin icrasına başlandı

BDU-da əlcəzairli doktorantın elmi seminarı keçirilib

Doktorantlarımız elmi seminarlarda