BDU-da “Elm günü”nə həsr olunmuş "Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir" mövzusunda
magistrantlarla Dəyirmi masa keçirilib
Azərbaycan Respublikası Prezidentinin 27 mart tarixinin Azərbaycanda Elm günü kimi təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə Bakı Dövlət Universitetində “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanaraq təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, Bakı Dövlət Universitetində “Elm günü”nə həsr olunmuş “Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir” mövzusunda Dəyirmi masa keçirilib. BDU-nun tələbələri, magistrantları, doktorantları və gənc tədqiqatçılarının iştirak etdiyi Dəyirmi masada universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin “Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir” mövzusunda məruzəsi dinlənilib.
Sonra məruzə ətrafında müzakirələr aparılıb. Müzakirələrdə innovativ fəaliyyətin dəstəklənməsi və inkişafı sahəsində dövlət səviyyəsində görülən işlər, BDU-da həyata keçirilən tədbirlər, bu sahədə əldə edilən nailiyyətlər, problemlər və həlli vacib hesab edilən bir sıra məsələlər haqqında fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak edən professor-müəllim heyəti səsləndirilən fikirlərə münasibət bildiriblər.
Qeyd edək ki, Tədbirlər planında “Clarivate Analytics” şirkətinin Bakı nümayəndəliyi ilə birlikdə “Web of Science” bazasının SCI-Exp indeksi əsasında BDU-da araşdırma məqalələri üzrə “Ən məhsuldar müəllif”, “Ən çox istinad edilən müəllif”, “Ən yüksək h-indeksli müəllif” nominasiyaları üzrə qaliblərin müəyyən edilərək mükafatlandırılması, “Gənc istedadlar” liseyində BDU-nun 100 illik yubileyinə və “Elm günü”nə həsr olunmuş “Elm həftəsi”nin keçirilməsi, BDU alimlərinin 2018-ci il üzrə elmi nailiyyətlərini əks etdirən sərginin təşkili, AzTV-də BDU-nun 100 illik yubileyinə və “Elm günü”nə həsr olunmuş “Gənclərin elmi fəaliyyətə təşviqində nəsillərarası münasibətlərin rolu” mövzusunda verilişin təşkili də nəzərdə tutulub.
BDU-da 10 noyabr Ümumdünya Elm Gününə həsr edilmiş tədbir keçirilib
Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasında magistr dissertasiyalarının müdafiəsi keçirilib
Hüquq fakültəsində magistrantların müdafiəsi
Ekologiya və torpaqşünaslıq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib
Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər
Geologiya fakültəsində "Geologiyanın aktual problemləri" mövzusunda respublika elmi-praktik konfransı keçirilmişdir
Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir
Magistrant və doktorantlar, gənc tədqiqatçıların VIII Respublika
elmi konfransı keçirilmişdir
Doktorantlarla görüş
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən müvəffəq namizədlərlə görüş
Elmlər doktoru və dissertant olmaq istəyən namizədlərlə görüş
Rektor doktoranturaya qəbul olmaq üçün müraciət edən iddiaçılarla görüşüb
BDU-da Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib
Qazaxıstanlı magistrlardan təşəkkür məktubu
Akademik Qərib Məmmədov məruzə edib
Nəsiman Yaqublunun kitabının təqdimatı keçirilib
BDU-nun dilçi alimi Kazanda beynəlxalq konfransda
BDU-da “İnternet dilinin əqli və hissi xüsusiyyətləri” mövzusunda tələbə elmi seminarı
BDU-nun doktorantı elmi məqalə müsabiqəsində II yerin qalibi olub
BDU-nun gənc tədqiqatçıları Dubna şəhərində ezamiyyətdə olublar