BDU-nun dilçi alimi Kazanda beynəlxalq konfransda
11-14 noyabr 2018-ci il tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində “Çingiz Aytmatovun yaradıcılığı Şərq-Qərb ənənələri kontekstində” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Kazan Federal Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanı Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini, Ümumi dilçilik kafedrasının dosenti Cavanşir Muradov təmsil edib. O, “Bədii əsərin dili və üslubu. Ç.Aytmatov bədii nəsrinin dili və polilinqvizm” bölməsinin moderatoru olub və “Ç.Aytmatovun rusdilli əsərlərində türkizmlərin etnoqrafik və etimoloji təhlili” adlı məruzə ilə çıxış edib. Dilçi alimin çıxışı maraqla qarşılanıb və ona sertifikat təqdim olunub.
Konfrans çərçivəsində Cavanşir Muradov Kazan Federal Universiteti Filologiya və mədəniyyətlərarası kommunikasiya institutunun rəhbərliyi, eləcə də konfransa qatılan digər ölkələrin nümayəndələri ilə görüşlər keçirib, onlarla elmi əməkdaşlığın perspektivləri barəsində müzakirələr aparıb.
2023-cü il 14 iyun tarixində keçirilmiş ixtisas fənlərindən fəlsəfə doktoru imtahanının nəticələri
2023-cü il aprel və may aylarında keçirilmiş ixtisas fənlərindən fəlsəfə doktoru imtahanlarının nəticələri
BDU-nun 2 komandasının 2 layihəsi "TEKNOFEST-2023"ün qalibi oldu
BDU, YAP və Ankara Universitetinin birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans keçirilir
Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının əcnəbi doktorantı Adama Togolanın elmi seminarı keçirilib
BDU-nun doktorantları İspaniyanın Granada və İtaliyanın La Sapienza Roma universitetlərində tədqiqat təcrübəsində iştirak edəcəklər
2023-cü ilin yanvar və fevral aylarında keçirilmiş imtahanların nəticələri
2023-cü il 31 yanvar tarixində Psixologiya kafedrasında doktorant və dissertantların attestasiyası keçirilmişdir
Bakı Dövlət Universitetində ixtisas fənlərindən fəlsəfə doktoru imtahanları davam edir
Doktorantlarımız elmi seminarlarda
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının doktorantı Tahir Cavadzadənin həmmüəllifi olduğu məqalə “Web of Science” bazasında Q2 kateqoriyalı jurnallar siyahısına daxil olan jurnalda dərc olunub
2022-ci ilin dekabr ayında keçirilmiş ixtisas fənnindən fəlsəfə doktoru imtahanlarının nəticələri
T Ə B R İ K E D İ R İ K !
Mexanika-riyaziyyat fakültəsinin dissertantı Allahverdiyeva Səriyə İnqilab qızının həmmüəllif olduğu məqalə AİMS MATHEMATİCS jurnalında çap edilmişdir
28 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BDU-DA DOKTORANTLARLA GÖRÜŞ KEÇİRİLDİ
BDU-da doktorantların və dissertantların ixtisas fənnindən imtahanları davam edir
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının doktorantı Nərmin Rəkidə tərəfindən neft tullantılarının təmizlənməsi üçün yeni metod hazırlanıb
Bu gün Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və Doktorantura şöbəsinin təşkilatçılığı ilə “GƏNC TƏDQİQATÇILARA DƏSTƏK” layihəsinin icrasına başlandı
Bakı Dövlət Universitetinin dissertantı Estrova Səbinə Tofiq qızı tərəfindən Təlimatçı fəaliyyətinin psixoloji aspektləri ("Train the trainers" proqramı) mövzusunda elmi seminar keçirilmişdir
BDU-da əlcəzairli doktorantın elmi seminarı keçirilib