Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində magistratura səviyyəsi üzrə dissertasiya işlərinin müdafiəsi keçirilib. Magistrantlara uğurlar arzulayan müdafiə şurasının sədri, tanınmış jurnalist, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının prezidenti, Dünya Xəbər Agentlikləri Konqresi Bürosunun üzvü Aslan Aslanov magistrantların uğurlu işlər ərsəyə gətirdiyini xüsusi vurğulayıb, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Müdafiə şurasının sədri deyib: “Çox istərdim ki, jurnalistika fakültəsinin yuxarı kurs tələbələri universitet auditoriyalarında qazandıqları nəzəri bilikləri ölkənin aparıcı KİV-lərində əməli təcrübə ilə daha da möhkəmləndirsinlər. Gələcəyin jurnalistləri daha çox dil bilməli, arxivlərdə işləməyi bacarmalı, müasir informasiya texnologiyalarından daha mükəmməl istifadə vərdişlərinə yiyələnməlidirlər. Bunlara isə mətbu qurumlarda intensiv təcrübə yolu ilə yiyələnmək mümkündür”.
Sonra 7 magistrant “XX əsrin əvvəllərində Azərbaycanda çıxan bir mətbu orqanın transliterasiyası”, “Kaspi” - müasir mətbuatın müstəqil qəzet modeli kimi”, “Bədii publisistika sənədlilik və müəllif təxəyyülü kontekstində”, “Azərbaycan satirik jurnalistikasında xalq yaradıcılığından istifadənin forma və metodları”, “Müasir mətbuatda vətənpərvərlik mövzuları”, “Dövlətçiliyin və milli maraqların qorunmasında medianın rolu”, “Azərbaycan publisistikasında müstəqillik ideyaları (“Odlar Yurdu” və “Yeni fikir” qəzetlərinin materialları əsasında. 1988-1991)” mövzularında dissertasiya işlərini müdafiə edib.
BDU-da 10 noyabr Ümumdünya Elm Gününə həsr edilmiş tədbir keçirilib
Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasında magistr dissertasiyalarının müdafiəsi keçirilib
Hüquq fakültəsində magistrantların müdafiəsi
Ekologiya və torpaqşünaslıq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib
Geologiya fakültəsində "Geologiyanın aktual problemləri" mövzusunda respublika elmi-praktik konfransı keçirilmişdir
Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir
Magistrant və doktorantlar, gənc tədqiqatçıların VIII Respublika
elmi konfransı keçirilmişdir
BDU-da “Elm günü”nə həsr olunmuş "Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir" mövzusunda
magistrantlarla Dəyirmi masa keçirilib
Doktorantlarla görüş
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən müvəffəq namizədlərlə görüş
Elmlər doktoru və dissertant olmaq istəyən namizədlərlə görüş
Rektor doktoranturaya qəbul olmaq üçün müraciət edən iddiaçılarla görüşüb
BDU-da Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib
Qazaxıstanlı magistrlardan təşəkkür məktubu
Akademik Qərib Məmmədov məruzə edib
Nəsiman Yaqublunun kitabının təqdimatı keçirilib
BDU-nun dilçi alimi Kazanda beynəlxalq konfransda
BDU-da “İnternet dilinin əqli və hissi xüsusiyyətləri” mövzusunda tələbə elmi seminarı
BDU-nun doktorantı elmi məqalə müsabiqəsində II yerin qalibi olub
BDU-nun gənc tədqiqatçıları Dubna şəhərində ezamiyyətdə olublar