392 20-09-2022

BDU-da 600-dən çox bal toplayan I kurs tələbələri ilə görüş

Bakı Dövlət Universitetində (BDU) 600-dən çox bal toplayan I kurs tələbələri ilə görüş keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və torpaqlarımızın qorunması uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev qalib gəlmiş, Zəfər çalmış qüdrətli ölkənin vətəndaşları olmağın böyük qürur olduğunu bildirib: “Azərbaycanın şanlı Zəfəri bütün dünya tərəfindən qəbul olunub. Mənfur Ermənistanın genişmiqyaslı təxribatlarının davam etdiyi və şanlı Ordumuz tərəfindən bu təxribatlara layiqli cavab verildiyi, şəhidlərimizin olduğu bir vaxtda daha çox birləşmək lazımdır. Bu birlik bütün sahələrdə öz əksini tapmalıdır”.
Rektor daha sonra tələbələrin Azərbaycanın daha da qüdrətlənməsi, güclənməsi naminə səylərini birləşdirərək bütün sahələrdə elmli, təhsilli, vətənpərvər kadr kimi yetişməli olduqlarını bildirib. Ümummilli lider Heydər Əliyevin «Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı» adlandırdığı və xalqımızın maariflənməsində, milli təfəkkürünün, milli özünüdərkinin formalaşmasında müstəsna rol oynayan BDU-nun bu gün də flaqman rolunu uğurla davam etdirdiyini deyən Elçin Babayev Universitetin tarixi keçmişi, müasir inkişaf mərhələləri, beynəlxalq əlaqələri barədə məlumat verib. 284 tələbənin BDU-ya 600-dən çox bal toplayaraq qəbul olunduğunu vurğulayan rektor onların hər birinə BDU ailəsinin üzvü kimi yaxşı mütəxəssis olmağı, Azərbaycanın Zəfər günlərini gələcək nəsillərə ötürməyi tövsiyə edib.
Rektor yüksək bal toplayan tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsi, elmi, yaradıcılıq və tədqiqatçılıq vərdişlərinin aşılanması, elmi tədqiqatlarda real iştirakının təmin olunması məqsədilə yeni yaradılan mərkəzlərin fəaliyyətinə diqqət çəkib.
BDU-nun Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası Məsumə Məlikova, BDU-nun İctimai Nəzarət Şurasının sədri, millət vəkili Arzu Nağıyev, AMEA-nın müxbir üzvü, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov, Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, millət vəkili Əminə Ağazadə, Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev çıxışlarında tələbələrə XXI əsrin çağırışlarına cavab olaraq elmli, təhsilli, güclənmiş dövlətimizə layiq vətəndaş kimi yetişməyi tövsiyə ediblər.
Daha sonra I kurs tələbələri adından 687 balla BDU-nun Hüquq fakültəsinə qəbul olunmuş Nəcməddin Orucov, 676 balla BDU-nun Mexanika-riyaziyyat fakültəsini seçmiş Alsu Mehdiyeva öz təəssüratlarını bölüşüb, yeni tədris ili ilə bağlı tələbə yoldaşlarını və tədbir iştirakçılarını təbrik ediblər.

Digər yazılar

2023-cü il 14 iyun tarixində keçirilmiş ixtisas fənlərindən fəlsəfə doktoru imtahanının nəticələri

2023-cü il aprel və may aylarında keçirilmiş ixtisas fənlərindən fəlsəfə doktoru imtahanlarının nəticələri

BDU-nun 2 komandasının 2 layihəsi "TEKNOFEST-2023"ün qalibi oldu

BDU, YAP və Ankara Universitetinin birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans keçirilir

Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının əcnəbi doktorantı Adama Togolanın elmi seminarı keçirilib

BDU-nun doktorantları İspaniyanın Granada və İtaliyanın La Sapienza Roma universitetlərində tədqiqat təcrübəsində iştirak edəcəklər

2023-cü ilin yanvar və fevral aylarında keçirilmiş imtahanların nəticələri

2023-cü il 31 yanvar tarixində Psixologiya kafedrasında doktorant və dissertantların attestasiyası keçirilmişdir

Bakı Dövlət Universitetində ixtisas fənlərindən fəlsəfə doktoru imtahanları davam edir

Doktorantlarımız elmi seminarlarda

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının doktorantı Tahir Cavadzadənin həmmüəllifi olduğu məqalə “Web of Science” bazasında Q2 kateqoriyalı jurnallar siyahısına daxil olan jurnalda dərc olunub

2022-ci ilin dekabr ayında keçirilmiş ixtisas fənnindən fəlsəfə doktoru imtahanlarının nəticələri

T Ə B R İ K      E D İ R İ K !

Mexanika-riyaziyyat fakültəsinin dissertantı Allahverdiyeva Səriyə İnqilab qızının həmmüəllif olduğu məqalə AİMS MATHEMATİCS jurnalında çap edilmişdir

28 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BDU-DA DOKTORANTLARLA GÖRÜŞ KEÇİRİLDİ

BDU-da doktorantların və dissertantların ixtisas fənnindən imtahanları davam edir

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının doktorantı Nərmin Rəkidə tərəfindən neft tullantılarının təmizlənməsi üçün yeni metod hazırlanıb

Bu gün Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və Doktorantura şöbəsinin təşkilatçılığı ilə “GƏNC TƏDQİQATÇILARA DƏSTƏK” layihəsinin icrasına başlandı

Bakı Dövlət Universitetinin dissertantı Estrova Səbinə Tofiq qızı tərəfindən Təlimatçı fəaliyyətinin psixoloji aspektləri ("Train the trainers" proqramı) mövzusunda elmi seminar keçirilmişdir

BDU-da əlcəzairli doktorantın elmi seminarı keçirilib