337 30-09-2022

28.09.2022-ci il tarixində Bakı Dövlət Universitetində Özbəkistanın Turin Politexnik Universitetinin professoru Davron Matrasulov “Kvant elmindən kvant texnologiyalarına” mövzusunda məruzə etmişdir.

Turin Politexnik Universitetinin professoru Davron Matrasulov (Daşkənd, Özbəkistan) “Kvant elmindən kvant texnologiyalarına” (From quantum science to quantum technologies) mövzusunda məruzə etmişdir. Məruzəçi Kvant elmi və texnologiyası üzrə müasir tərəqqi və gələcək problemlərinə toxunaraq klassik və kvant ölçüləri, hissəciyin vəziyyətinin təyini ilə bağlı klassik və kvant təsəvvürlər, onların təsvir formaları, kvant paradokslar, hərəkətin əsas tənlikləri haqqında danışmışdır. Məruzədə kvant texnologiyalara əsas diqqət verilmişdir. Kvant sensorlar, kvant komputerləri, kvant informasiyaların kvant şəbəkəsi, şəbəkədə hissəciklərin tənliklərinin kvant qrafları vasitəsi ilə ifadə olunması və bu kimi digər maraqlı faktları iştirakçıların diqqətinə çatdırılmışdır. Klassik komputerlərin milyon ildə görə biləcəyi işi kvant kompyuterləri saniyələr içində edə biləcəyini nəzərə alsaq kvant texnologiyası ilə yeni dövrə keçid almaqdan bəhs edilmişdir.

Qeyd edək ki, Turin Politexnik Universiteti (Politecnico di Torino) 1859-cu ildə İtalyanın şimalında, Turin şəhərində mühəndis yetişdirən texniki məktəb kimi fəaliyətə başlamışdır. Universitet bugün Avropada ingilis dilində mühəndislik və memarlıq üzrə təhsil verən ən əhəmiyyətli müəssisələrdən biridir.  İllik ortalama 33,000 tələbəsi olan universitetin tələbələrinin təxminən 14% -i 100 müxtəlif ölkədən gələn xarici tələbələrdir. Universitet QS Dünya Universitetləri Siyahısında (2021) ümumi kateqoriyada dünya üzrə 334-cü, mühəndislik ixtisasları üzrə 39-cu, memarlıq ixtisası üzrə isə 34-cü, neft mühəndisliyi üzrə isə 15-ci yerdə qərarlaşıb. Aşağıdakı ixtisaslar üzrə Turin Politexnik Universitetində Bakalavr və magistr dərəcəsi üzrə ingilis dilində təhsil verilir: Memarlıq, Avtomatlaşdırma mühəndisliyi, Komputer mühəndisliyi, Elektronika mühəndisliyi, Mexanika mühəndisliyi, Nanotexnologiyalar, Elektronika mühəndisliyi və digər ixtisaslar fəaliyyət göstərir.

D. Matrasulovun BDU əməkdaşları və tədqiqatçıları tərəfindən maraqla qarşılanmış, tədqiqat sahələri ilə bağlı suallarla müraciət etmiş, müzakirələr aparmışlar.

 

Digər yazılar

2023-cü il 14 iyun tarixində keçirilmiş ixtisas fənlərindən fəlsəfə doktoru imtahanının nəticələri

2023-cü il aprel və may aylarında keçirilmiş ixtisas fənlərindən fəlsəfə doktoru imtahanlarının nəticələri

BDU-nun 2 komandasının 2 layihəsi "TEKNOFEST-2023"ün qalibi oldu

BDU, YAP və Ankara Universitetinin birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans keçirilir

Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının əcnəbi doktorantı Adama Togolanın elmi seminarı keçirilib

BDU-nun doktorantları İspaniyanın Granada və İtaliyanın La Sapienza Roma universitetlərində tədqiqat təcrübəsində iştirak edəcəklər

2023-cü ilin yanvar və fevral aylarında keçirilmiş imtahanların nəticələri

2023-cü il 31 yanvar tarixində Psixologiya kafedrasında doktorant və dissertantların attestasiyası keçirilmişdir

Bakı Dövlət Universitetində ixtisas fənlərindən fəlsəfə doktoru imtahanları davam edir

Doktorantlarımız elmi seminarlarda

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının doktorantı Tahir Cavadzadənin həmmüəllifi olduğu məqalə “Web of Science” bazasında Q2 kateqoriyalı jurnallar siyahısına daxil olan jurnalda dərc olunub

2022-ci ilin dekabr ayında keçirilmiş ixtisas fənnindən fəlsəfə doktoru imtahanlarının nəticələri

T Ə B R İ K      E D İ R İ K !

Mexanika-riyaziyyat fakültəsinin dissertantı Allahverdiyeva Səriyə İnqilab qızının həmmüəllif olduğu məqalə AİMS MATHEMATİCS jurnalında çap edilmişdir

28 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BDU-DA DOKTORANTLARLA GÖRÜŞ KEÇİRİLDİ

BDU-da doktorantların və dissertantların ixtisas fənnindən imtahanları davam edir

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının doktorantı Nərmin Rəkidə tərəfindən neft tullantılarının təmizlənməsi üçün yeni metod hazırlanıb

Bu gün Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və Doktorantura şöbəsinin təşkilatçılığı ilə “GƏNC TƏDQİQATÇILARA DƏSTƏK” layihəsinin icrasına başlandı

Bakı Dövlət Universitetinin dissertantı Estrova Səbinə Tofiq qızı tərəfindən Təlimatçı fəaliyyətinin psixoloji aspektləri ("Train the trainers" proqramı) mövzusunda elmi seminar keçirilmişdir

BDU-da əlcəzairli doktorantın elmi seminarı keçirilib