03.10.2022-ci il tarixində BDU-nun doktorantları tərəfindən “Posttravmatik stress pozuntusunda psixoterapiyaların rolu” mövzusunda elmi seminar keçirilmişdir
03.10.2022-ci il tarixində saat 16:00-da Microsoft Teams (onlayn) platformasında Bakı Dövlət Universitetinin əyani doktorantları Tuğba Kızılelma və Hakan Seyhan tərəfindən “Posttravmatik stress pozuntusunda psixoterapiyaların rolu” mövzusunda elmi seminar keçirilmişdir.
Seminarda insanın fiziki və psixoloji varlığını incidən, zədələyən travmaların fəsadları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, qəza, təbii fəlakət, yanğın, quldurluq, zorakılıq, işgəncə, müharibə kimi müxtəlif hadisələrdən sonra meydana gələn travmalar ağır stress pozuntusu yaradır. Qorxu, çarəsizlik, dəhşət reaksiyaları və s. səbəb olan posttravmatik stress pozuntusu (PTSP) və bundan sonra yaranan psixi pozuntular, müxtəlif kliniki xəstəliklər travmanın özü və travmatik hadisənin təkrar yaşanması ilə əlaqəlidir. İnsanların əksəriyyəti (təxminən 60-89 %) həyatında ən azı bir dəfə travmatik hadisə ilə üzləşir. Posttravmatik stress pozuntusunun müalicəsində şəxsin psixoloji ehtiyaclarına uyğun müxtəlif yanaşmalardan istifadə etmək lazımdır. Bu zaman farmakoterapiya və psixoterapiya üsullarından birgə istifadə oluna bilər. Sosial dəstək sistemlərinin artırılması, qrup terapiyaları travmatik hadisədə yaşananları danışmağa kömək edir. Koqnitiv bihevioral terapiya (CBT), qəbul və öhdəlik terapiya (ACT) və EMDR (göz hərəkətinin desentizasiyası və yenidən işlənməsi) psixoterapevtik müalicələr arasında effektivliyi sübuta yetirilmiş müalicə növlərindəndir.
Seminarda qeyd olunub ki, travmatik hadisələrin təkrar yaşanması xəstəni təhrik edir və ağır vəziyyətlərə salır. Bu zaman koqnitiv davranış terapiyası (KDT) xəstənin vəziyyətdən çıxmasına imkan verir. KDT ən çox istifadə edilən psixoterapiya növlərindən biridir. Koqnitiv terapiya PTSP-nin müalicəsində travmatik hadisə ilə bağlı əmələ gələ bilən təhrif olunmuş mənfi fikirləri, eləcə də özləri və ətraf mühit haqda uyğun olmayan, faydasız inancları müəyyənləşdirmək, aradan qaldırmaq və dəyişməkdə insanlara kömək edir.
2023-cü il 14 iyun tarixində keçirilmiş ixtisas fənlərindən fəlsəfə doktoru imtahanının nəticələri
2023-cü il aprel və may aylarında keçirilmiş ixtisas fənlərindən fəlsəfə doktoru imtahanlarının nəticələri
BDU-nun 2 komandasının 2 layihəsi "TEKNOFEST-2023"ün qalibi oldu
BDU, YAP və Ankara Universitetinin birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans keçirilir
Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının əcnəbi doktorantı Adama Togolanın elmi seminarı keçirilib
BDU-nun doktorantları İspaniyanın Granada və İtaliyanın La Sapienza Roma universitetlərində tədqiqat təcrübəsində iştirak edəcəklər
2023-cü ilin yanvar və fevral aylarında keçirilmiş imtahanların nəticələri
2023-cü il 31 yanvar tarixində Psixologiya kafedrasında doktorant və dissertantların attestasiyası keçirilmişdir
Bakı Dövlət Universitetində ixtisas fənlərindən fəlsəfə doktoru imtahanları davam edir
Doktorantlarımız elmi seminarlarda
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının doktorantı Tahir Cavadzadənin həmmüəllifi olduğu məqalə “Web of Science” bazasında Q2 kateqoriyalı jurnallar siyahısına daxil olan jurnalda dərc olunub
2022-ci ilin dekabr ayında keçirilmiş ixtisas fənnindən fəlsəfə doktoru imtahanlarının nəticələri
T Ə B R İ K E D İ R İ K !
Mexanika-riyaziyyat fakültəsinin dissertantı Allahverdiyeva Səriyə İnqilab qızının həmmüəllif olduğu məqalə AİMS MATHEMATİCS jurnalında çap edilmişdir
28 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BDU-DA DOKTORANTLARLA GÖRÜŞ KEÇİRİLDİ
BDU-da doktorantların və dissertantların ixtisas fənnindən imtahanları davam edir
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının doktorantı Nərmin Rəkidə tərəfindən neft tullantılarının təmizlənməsi üçün yeni metod hazırlanıb
Bu gün Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və Doktorantura şöbəsinin təşkilatçılığı ilə “GƏNC TƏDQİQATÇILARA DƏSTƏK” layihəsinin icrasına başlandı
Bakı Dövlət Universitetinin dissertantı Estrova Səbinə Tofiq qızı tərəfindən Təlimatçı fəaliyyətinin psixoloji aspektləri ("Train the trainers" proqramı) mövzusunda elmi seminar keçirilmişdir
BDU-da əlcəzairli doktorantın elmi seminarı keçirilib