Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş doktorant və gənc tədqiqatçıların XXII respublika elmi konfransı keçiriləcəkdir

Konfransın istiqamətləri:

- Təbiət elmləri (riyaziyyat, fizika, kimya, biologiya, tibb, ekologiya, yer haqqında elmlər);

- Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompyuter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma,  nəqliyyat);

- Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat);

Məruzə tezislərinin tərtib olunma qaydaları

- Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılir, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur;

- Məruzənin mətni 3 səhifəyə qədər  olmalıdır;

- Mətnin əvvəlində məruzənin adı, onun altında doktorantın (tədqiqatçının)  soyadı, adı və atasının adı, onun altında isə  ali təhsil müıssisəsinin adı yazılır.

Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir:

  • Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.
  • İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.
  • Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir.
  • İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir

(Məsələn,  2, cəh.222).

Məruzə tezisinin sonunda onun yazıldlğı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində)  xülasə  və açar sözlər (hər üç dildə) verilır.

Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1  mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi və  müvafiq elmi müəssisənin kafedrasının (şöbəsinin)  iclas protokolundan çıxarış  əlavə olunur.

Konfransa təqdim edilən məruzədə  problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məruzələrin  seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə veriləcəkdir.

Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilmir. Bu halda məruzə və əlavə olunan sənədlər  geri qaytarılmır.

Məruzə tezisləri  tələb olunan sənədlərlə birlikdə  müvafiq ali təhsil müəssisələrinin  doktorantura şöbələrinə təqdim olunmalıdır.

Qeyd:

Doktorantlar və gənc tədqiqatçılar yalnız tezizlərini aşağıdakı e-mail ünvanlara göndərməlidirlər (tezisin üstündə hansı bölməyə təqdim olunduğu qeyd olunmalıdır məs:Tarix bolməsinə).

Məruzə tezislərinin qəbul olunması üçün son tarix 1 oktyabr 2018-ci il.

 

1.Riyaziyya, fizika, kimya, biologiya və tibb bölmələrinə təqdim olunan tezislər bolme-1-2-3@mail.ru

2. Neft –qaz, geologiya, informatika və avtomatika bölmələrinə  təqdim olunan  tezislər 
bolme-4.5.6@mail.ru

3.İqtisadiyyat, tarix və beynəlxalq münasibətlər   bölmələrinə təqdim olunan  tezislər bolme-7-8@mail.ru

4. Azərbaycan filologiyası və xarici filologiya bölmələrinə təqdim olunan tezislər bolme-9.10@mail.ru

5. Hüquq,  coğrafiya və  ekologiya bölmələrinə  təqdim olunan  tezislər bolme-11-12@mail.ru

6.Pedaqogika və psixologiya bölmələrinə təqdim olunan  tezislər bolme-13@mail.ru

7.Memarlıq və inşaat, musiqişunaslıq və mədəniyyətşunaslıq bölmələrinə təqdim olunan tezislər bolme-14-15@mail.ru 


Anket

 

Nümunə

 

 

 

 

 

QEYD: Məruzə, müvafiq sahə üzrə elmi dərəcəsi olan 1  mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi, müvafiq elmi müəssisənin kafedrasının (şöbəsinin)  iclas protokolundan çıxarış (möhürlü), disk (məruzə - pdf formatda) Magistratura və Doktorantura şöbəsinə təqdim olunmalıdır

Digər elanlar

“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə AR Prezidentinin Fərmanı

2019/2020-ci tədris ili üçün Magistratura səviyyəsinə qəbul olan

bakalavrların sənəd qəbulu

ELAN edilir.

Bakı Dövlət Universitetində magistratura səviyyəsində magistr dissertasiyalarının müdafiəsinə start verildi

Doktorant və dissertantların nəzərinə!

Əcnəbi doktorantların nəzərinə!

Elm gününə həsr olunmuş “Açıq qapı”

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Akademiyasının təlim kurslarında iştirak

Əyani doktorantların DƏRS  CƏDVƏLİ

SDU-da Magistrantların elmi konfransı keçiriləcək

Dəyirmi masa keçiriləcək

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul olmaq istəyən iddiaçıların nəzərinə!

Martin  Lüter adına  Halle –  Wittenberg (MLU) Universitetinə fəlsəfə doktoru proqramı üzrə 5608.01 Mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ, beynəlxalq xüsusi hüquq ixtisasına qəbul olmaq üçün müsabiqədə iştirak edən iddiaçıların imtahan cədvəli

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul müsahibəsi üçün İnformatika fənninin sualları

Fəlsəfə doktoru proqrami üzrə doktoranturaya qəbul üçün  XARICI DIL (ingilis, alman və fransiz dili) fənni üzrə imtahan biletinin nümunəsi

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün Fəlsəfə fənninin PROQRAMI

2018-ci il üçün Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahan (müsahibə) günləri

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ və BAKI DÖVLƏT UNİVERSİTETİ MARTIN LÜTER ADINA HALLE-WİTTENBERG UNİVERSİTETİ (MLU) ilə birlikdə  2  yer olmaqla əyani doktoranturaya QƏBUL  E L A N  EDİR

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ və BAKI DÖVLƏT UNİVERSİTETİ MARTIN LÜTER ADINA HALLE-WİTTENBERG UNİVERSİTETİ (MLU) ilə birlikdə  2  yer olmaqla əyani doktoranturaya QƏBUL  E L A N  EDİR

2018-Cİ İL ÜÇÜN BDU DOKTORANTURAYA QƏBUL ELAN EDİR

2018/2019 - cu tədris ilində Magistratura tədris pilləsinə qəbul olan bakalavrların sənəd qəbulu ELAN edilir

BDU və MLU-nun birgə layihəsi əsasında doktoranturaya qəbul elan edilir

Doktorant və dissertantların nəzərinə!