“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə AR Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək və elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə qərara alıram:

1. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” təsdiq edilsin

2. “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” təsdiq edilsin

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını beş ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 1.7-ci bəndinə uyğun olaraq, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 1.8-ci bəndinə uyğun olaraq, dosent və professor elmi adları barədə attestatların formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 6.4-cü bəndinə və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 5.5-ci bəndinə uyğun olaraq, ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.6. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 7.9-cu bəndinə və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 6.9-cu bəndinə uyğun olaraq, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 89; 2008, № 6, maddə 487; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1354) 2-ci hissəsi ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2019-cu il.

Digər elanlar

AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ   

BAKI DÖVLƏT UNİVERSİTETİ

ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İNNOVASİYALAR MƏRKƏZİ   DOKTORANTURA ŞÖBƏSİ 

Növbəti ixtisas imtahanlarını keçirəcəkdir.

AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ    BAKI DÖVLƏT UNİVERSİTETİ

ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İNNOVASİYALAR MƏRKƏZİ   DOKTORANTURA ŞÖBƏSİ 

Növbəti ixtisas imtahanlarını keçirəcəkdir.

Doktorantlar BDU-da aparılan elmi tədqiqatların əsas iştirakçılarıdırlar

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantı Bağırov Məhəmməd Bağırın rəhbərlik etdiyi “Gələcəyin İnnovativ Enerji Texnologiyası” layihəsi yekunlaşmışdır.

2024-cü ilin dekabr ayında Bakı Dövlət Universiteti doktorantura ixtisas imtahanlarını keçirəcəkdir.

2024-cü il üçün Bakı Dövlət Universitetinin doktoranturasına qəbul olmaq istəyən iddiaçıların ixtisas fənni üzrə qəbul imtahan nəticələri 

2024-cü il Bakı Dövlət Universitetində Doktoranturaya qəbulla əlaqədar İxtisas fənləri üzrə imtahanlarla bağlı məlumat

Bakı Dövlət Universitetinin doktoranturasına sənəd təqdim etmiş və 2024 -cü ildə magirtratura təhsili üzrə məzun olmuş iddiaçıların nəzərinə!

02-04 sentyabr 2024-cü il tarixlərində 2024-cü il üçün doktoranturaya qəbul üzrə Bakı Dövlət Universitetində “Fəlsəfə” fənnindən  qəbul imtahanının keçirilmə qrafiki

2024-cü il Bakı Dövlət Universitetində Doktoranturaya qəbulla əlaqədar "Fəlsəfə" fənni üzrə imtahanla bağlı məlumat

 

Doktoranturaya qəbul üzrə Fəlsəfə fənn imtahan sualları 

BDU-nun doktorant və dissertantları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

Bakı Dövlət Universiteti  2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul prosesi üçün təlimat və tələb olunan sənədlər

Bakı Dövlət Universiteti  2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

Bakı Dövlət Universitetinin bir qisim doktorant və dissertantlarının növbəti attestasiyası keçiriləcəkdir.

BDU -da "İlin gənc alimi" müsabiqəsi

Növbəti fəlsəfə doktoru imtahanları

Bakı Dövlət Universitetinin Doktorant və dissertantlarının növbəti attestasiyası keçirilir

22 dekabr 2023 -cü il tarixində İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahanlarında iştirak edəcək doktorant və dissertantların siyahısı

Doktorantlarımızın uğurları

15 dekabr 2023 -cü il tarixində İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahanlarında iştirak edəcək doktorant və dissertantların siyahısı

15 noyabr 2023 -cü il tarixində İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahanlarında iştirak edəcək doktorant və dissertantların siyahısı

İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahan verəcək doktorant və dissertantların siyahısı (07 noyabr 2023) 

Əyani təhsil alan doktorantların nəzərinə

2023-cü il  noyabr -dekabr aylarında ixtisas fənlərindən fəlsəfə doktoru imtahanları keçiriləcəkdir

 

Bakı Dövlət Universiteti 2023- cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul nəticələri

2023-cü il üçün fəlsəfə doktoru proqramı üzrə “Fəlsəfə” fənnindən qəbul imtahanında iştirak edərək müvəffəq qiymət almış və ixtisas üzrə qəbul imtahanına buraxılan iddiaçıların siyahısı, ixtisas üzrə qəbul imtahanının keçiriləcəyi yer, tarix və imtahanın başlanma vaxtı 

05-06 SENTYABR 2023-CÜ İL TARİXLƏRİNDƏ FƏLSƏFƏ FƏNNİNDƏN DOKTORANTURAYA QƏBUL İMTAHANI KEÇİRİLƏCƏK

2023-cü il üçün Fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə

“GƏNCLƏRDƏ DEPRESSİYANIN YARANMASI SƏBƏBLƏRİ VƏ ARADAN QALDIRILMASI YOLLARI” MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLƏCƏK