Magistraturaya sənəd qəbulu elan edilir
Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edir.
Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2021-ci il fevralın 9-dan 18-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 9-u saat 10:00-dan fevralın 18-i saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiqləyən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.
Digər bakalavrlar həmin müddət ərzində sənədlərini Mərkəz tərəfindən yaradılmış sənəd qəbulu komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiqləməlidirlər.
Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.
İmtahan 2021-ci il fevralın 28-də (respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər) keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq. Sualların cavablandırılmasına 3 saat vaxt ayrılacaq.
Qeyd edək ki, cari ildə magistraturaya qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. İkinci qəbul imtahanının keçirilmə vaxtı və sənəd qəbulu koronavirus pandemiyası ilə əlaqədar respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müəyyənləşdiriləcək və bu barədə əlavə məlumat veriləcək.
Qəbul imtahanındakı, bəzi ixtisaslaşmalar üçün, həmçinin qabiliyyət imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılır.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.
Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra DİM tərəfindən elan olunan müddətdə aparılır. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).
İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.
Qəbul elanının tam mətni “Magistr” jurnalının 2-ci sayında dərc olunub. Jurnalın bu sayında bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri təqdim olunub. “Magistr” jurnalının bu sayında, eyni zamanda, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilib.
AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İNNOVASİYALAR MƏRKƏZİ DOKTORANTURA ŞÖBƏSİ
Növbəti ixtisas imtahanlarını keçirəcəkdir.
AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ
ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İNNOVASİYALAR MƏRKƏZİ DOKTORANTURA ŞÖBƏSİ
Növbəti ixtisas imtahanlarını keçirəcəkdir.
Doktorantlar BDU-da aparılan elmi tədqiqatların əsas iştirakçılarıdırlar
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantı Bağırov Məhəmməd Bağırın rəhbərlik etdiyi “Gələcəyin İnnovativ Enerji Texnologiyası” layihəsi yekunlaşmışdır.
2024-cü ilin dekabr ayında Bakı Dövlət Universiteti doktorantura ixtisas imtahanlarını keçirəcəkdir.
2024-cü il üçün Bakı Dövlət Universitetinin doktoranturasına qəbul olmaq istəyən iddiaçıların ixtisas fənni üzrə qəbul imtahan nəticələri
2024-cü il Bakı Dövlət Universitetində Doktoranturaya qəbulla əlaqədar İxtisas fənləri üzrə imtahanlarla bağlı məlumat
Bakı Dövlət Universitetinin doktoranturasına sənəd təqdim etmiş və 2024 -cü ildə magirtratura təhsili üzrə məzun olmuş iddiaçıların nəzərinə!
02-04 sentyabr 2024-cü il tarixlərində 2024-cü il üçün doktoranturaya qəbul üzrə Bakı Dövlət Universitetində “Fəlsəfə” fənnindən qəbul imtahanının keçirilmə qrafiki
2024-cü il Bakı Dövlət Universitetində Doktoranturaya qəbulla əlaqədar "Fəlsəfə" fənni üzrə imtahanla bağlı məlumat
Doktoranturaya qəbul üzrə Fəlsəfə fənn imtahan sualları
BDU-nun doktorant və dissertantları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
Bakı Dövlət Universiteti 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul prosesi üçün təlimat və tələb olunan sənədlər
Bakı Dövlət Universiteti 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir
Bakı Dövlət Universitetinin bir qisim doktorant və dissertantlarının növbəti attestasiyası keçiriləcəkdir.
BDU -da "İlin gənc alimi" müsabiqəsi
Növbəti fəlsəfə doktoru imtahanları
Bakı Dövlət Universitetinin Doktorant və dissertantlarının növbəti attestasiyası keçirilir
22 dekabr 2023 -cü il tarixində İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahanlarında iştirak edəcək doktorant və dissertantların siyahısı
Doktorantlarımızın uğurları
15 dekabr 2023 -cü il tarixində İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahanlarında iştirak edəcək doktorant və dissertantların siyahısı
15 noyabr 2023 -cü il tarixində İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahanlarında iştirak edəcək doktorant və dissertantların siyahısı
İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahan verəcək doktorant və dissertantların siyahısı (07 noyabr 2023)
Əyani təhsil alan doktorantların nəzərinə
2023-cü il noyabr -dekabr aylarında ixtisas fənlərindən fəlsəfə doktoru imtahanları keçiriləcəkdir
Bakı Dövlət Universiteti 2023- cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul nəticələri
2023-cü il üçün fəlsəfə doktoru proqramı üzrə “Fəlsəfə” fənnindən qəbul imtahanında iştirak edərək müvəffəq qiymət almış və ixtisas üzrə qəbul imtahanına buraxılan iddiaçıların siyahısı, ixtisas üzrə qəbul imtahanının keçiriləcəyi yer, tarix və imtahanın başlanma vaxtı
05-06 SENTYABR 2023-CÜ İL TARİXLƏRİNDƏ FƏLSƏFƏ FƏNNİNDƏN DOKTORANTURAYA QƏBUL İMTAHANI KEÇİRİLƏCƏK
2023-cü il üçün Fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə
“GƏNCLƏRDƏ DEPRESSİYANIN YARANMASI SƏBƏBLƏRİ VƏ ARADAN QALDIRILMASI YOLLARI” MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLƏCƏK