Bakı Dövlət Universiteti  2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul prosesi üçün təlimat və tələb olunan sənədlər

 

Bakı Dövlət Universiteti

2024-cü il üçün  doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

Bakı Dövlət Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları"na əsasən qəbul elan edir. İxtisasların siyahısı (http://md.bsu.edu.az/az/announcement/141)  elan səhifəsində verilmişdir.

Doktoranturaya (dissertanturaya) sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin  saytına daxil olmalı, (https://edu.gov.az/az/announcements/20959-1 ) orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimata  uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari ilin 16 aprel tarixindən 15 may tarixinədək keçiriləcək. Sənəd qəbulu prosesi mayın 15-i saat 17:00-da başa çatacaq.

https://xalqqazeti.az/uploads/pdf-files/76861/xalqqazeti-16.04.2024.pdf

Qeyd: Elmi rəhbərin rəyi və digər tələb olunan sənədlər imtahanlara buraxılma haqqında qərarın qəbul edilməsi üçün Doktoranturaya Qəbul Komissiyasına (Bakı Dövlət Universiteti Doktorantura şöbəsinə, Yeni bina 210) 2024-cü il mayın 15-dək saat 18-00-dək təqdim edilməlidir.

 

Doktoranturaya qəbul və dissertanturaya təhkim olunmanın keçirilməsi proseduru

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. (Portal.edu.az vasitəsilə 16.04.2024-15.05.2024-cü il tarixlərində müraciətlər qəbul olunacaq). Sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq.

Doktoranturaya qəbul olunmaq istəyən şəxs sənədlərini portala yükləməlidir. Qəbul komissiyası tərəfindən doktoranturaya qəbul olmaq istəyən şəxslərin sənədləri yoxlanılmalı və ixtisas uyğunluğu müəyyən edilir. Sənəd qəbulu prosesində Elmi rəhbərin rəyi olmadan sənəd qəbulu tamamlanmamalıdır.

Qəbul komissiyası nəzərdə tutulan elmi rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir.  “Xarici dil” imtahanının keçirilməsi üçün siyahılar Elm və Təhsil Nazirliyi tərəfindən Dövlət İmtahan Mərkəzinə göndərilir (“Xarici dil” imtahanının 09.06.2024-cü il tarixində keçirilməsi nəzərdə tutulmuşdur). “Xarici dil” imtahanının nəticələri Elm və Təhsil Nazirliyi tərəfindən portala yüklənilir. “Xarici dil” imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin “Fəlsəfə” fənnində iştirakı üçün siyahılar ali təhsil müəssisələri tərəfindən Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş ali təhsil müəssisəsinə göndərilir (“Fəlsəfə” fənni üzrə imtahanın 2, 3, 4 sentyabr 2024-cü il tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur). Dissertant təhkim olunmaq istəyən şəxslər “Xarici dil” imtahanından keçid balını toplamışlarsa, həmin şəxslər üçün ali təhsil müəssisəsi tərəfindən müsahibə keçirilir və iddiaçının təhkim olunması haqqında qərar qəbul edilir.

“Fəlsəfə” fənnindən “məqbul” alan şəxslərin siyahısı imtahan keçirən ali təhsil müəssisəsi tərəfindən iddiaçıların sənəd təqdim etdiyi ali təhsil müəssisələrinə göndərilməli və ali təhsil müəssisəsinin portala məsul şəxsi tərəfindən “Fəlsəfə” imtahanının nəticəsi portala qeyd olunmalıdır. “Fəlsəfə” fənnindən “məqbul” alan şəxslərin ixtisas imtahanlarında iştirakı təmin edilir (İxtisas imtahanlarının 9, 10, 11 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur).

 

Bakı Dövlət Universiteti

2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul zamanı tələb olunan sənədlərin siyahısı:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün:

-BDU-nun rektorunun adına ərizə;

-kadrların şəxsi-qeydiyyat vərəqi;

-tərcümeyi-hal;

-iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

-xasiyyətnamə;

-çap olunmuş elmi işlərin siyahısı (təsdiqlənmiş qaydada) və ya seçilmiş ixtisas üzrə referat (referata rəy tələb olunur);

-ali təhsil müəssisəsini bitirmək haqqında diplomun təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

şəxsiyyət vəsiqəsi;

-Elmi rəhbərdən razılıq sənədi (sənəd Qəbul Komissiyasına təqdim edilmədiyi halda iddiaçı qəbul imtahanlarına buraxılmır).

 

Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün:

-BDU-nun rektorunun adına ərizə;

-kadrların şəxsi-qeydiyyat vərəqi;

-tərcümeyi-hal;

-iş yerindən xasiyyətnamə;

-əmək kitabçasından çıxarış;

-müdafiədən sonra çap olunmuş elmi işlərin siyahısı;

-fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

-ali təhsil müəssisəsini bitirmək haqqında diplomun təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

-şəxsiyyət vəsiqəsi;

-kafedra və fakültə Elmi Şurasının iclas protokollarından namizədliyin irəli sürülməsi haqqında çıxarışlar.

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul üçün:

-BDU-nun rektorunun adına ərizə;

-kadrların şəxsi-qeydiyyat vərəqi;

-tərcümeyi-hal;

-iş yerindən xasiyyətnamə;

-əmək kitabçasından çıxarış;

-çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (referata rəy tələb olunur)

-ali təhsil müəssisəsini bitirmək haqqında diplomun təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları -üçün təhsil haqqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

-şəxsiyyət vəsiqəsi;

-Elmi rəhbərdən razılıq sənədi (sənəd Qəbul Komissiyasına təqdim edilmədiyi halda iddiaçı qəbul imtahanlarına buraxılmır)

Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul üçün:

-BDU-nun rektorunun adına ərizə;

-kadrların şəxsi-qeydiyyat vərəqi;

-tərcümeyi-hal;

-2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

-iş yerindən xasiyyətnamə;

-əmək kitabçasından çıxarış;

-müdafiədən sonra çap olunmuş elmi işlərin siyahısı;

-fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

-ali təhsil müəssisəsini bitirmək haqqında diplomun təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları -üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

-şəxsiyyət vəsiqəsi;

-kafedra və fakültə Elmi Şurasının iclas protokollarından namizədliyin irəli sürülməsi haqqında çıxarışlar.

Qeyd: Elmi rəhbərin rəyi və digər tələb olunan sənədlər imtahanlara buraxılma haqqında qərarın qəbul edilməsi üçün Doktoranturaya Qəbul Komissiyasına (Doktorantura şöbəsinə) 2024-cü il mayın 15-dək saat 18-00-dək şəxsən iddiaçı tərəfindən təqdim edilməlidir.

Əyani qəbul olanlar əmək fəaliyyətlərinə xitam verilməklə əmək kitabçalarını 20 sentyabr tarixinədək doktorantura şöbəsinə təhvil verməlidir. Doktoranturaya qəbul olan iddiaçılar 30 sentyabr 2024-cü il tarixinədək Bakı Dövlət Universiteti ilə fərdi müqaviləni bağlamalıdırlar.

 

Digər elanlar

AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ   

BAKI DÖVLƏT UNİVERSİTETİ

ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İNNOVASİYALAR MƏRKƏZİ   DOKTORANTURA ŞÖBƏSİ 

Növbəti ixtisas imtahanlarını keçirəcəkdir.

AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ    BAKI DÖVLƏT UNİVERSİTETİ

ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İNNOVASİYALAR MƏRKƏZİ   DOKTORANTURA ŞÖBƏSİ 

Növbəti ixtisas imtahanlarını keçirəcəkdir.

Doktorantlar BDU-da aparılan elmi tədqiqatların əsas iştirakçılarıdırlar

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantı Bağırov Məhəmməd Bağırın rəhbərlik etdiyi “Gələcəyin İnnovativ Enerji Texnologiyası” layihəsi yekunlaşmışdır.

2024-cü ilin dekabr ayında Bakı Dövlət Universiteti doktorantura ixtisas imtahanlarını keçirəcəkdir.

2024-cü il üçün Bakı Dövlət Universitetinin doktoranturasına qəbul olmaq istəyən iddiaçıların ixtisas fənni üzrə qəbul imtahan nəticələri 

2024-cü il Bakı Dövlət Universitetində Doktoranturaya qəbulla əlaqədar İxtisas fənləri üzrə imtahanlarla bağlı məlumat

Bakı Dövlət Universitetinin doktoranturasına sənəd təqdim etmiş və 2024 -cü ildə magirtratura təhsili üzrə məzun olmuş iddiaçıların nəzərinə!

02-04 sentyabr 2024-cü il tarixlərində 2024-cü il üçün doktoranturaya qəbul üzrə Bakı Dövlət Universitetində “Fəlsəfə” fənnindən  qəbul imtahanının keçirilmə qrafiki

2024-cü il Bakı Dövlət Universitetində Doktoranturaya qəbulla əlaqədar "Fəlsəfə" fənni üzrə imtahanla bağlı məlumat

 

Doktoranturaya qəbul üzrə Fəlsəfə fənn imtahan sualları 

BDU-nun doktorant və dissertantları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

Bakı Dövlət Universiteti  2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

Bakı Dövlət Universitetinin bir qisim doktorant və dissertantlarının növbəti attestasiyası keçiriləcəkdir.

BDU -da "İlin gənc alimi" müsabiqəsi

Növbəti fəlsəfə doktoru imtahanları

Bakı Dövlət Universitetinin Doktorant və dissertantlarının növbəti attestasiyası keçirilir

22 dekabr 2023 -cü il tarixində İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahanlarında iştirak edəcək doktorant və dissertantların siyahısı

Doktorantlarımızın uğurları

15 dekabr 2023 -cü il tarixində İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahanlarında iştirak edəcək doktorant və dissertantların siyahısı

15 noyabr 2023 -cü il tarixində İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahanlarında iştirak edəcək doktorant və dissertantların siyahısı

İxtisas fənlərindən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahan verəcək doktorant və dissertantların siyahısı (07 noyabr 2023) 

Əyani təhsil alan doktorantların nəzərinə

2023-cü il  noyabr -dekabr aylarında ixtisas fənlərindən fəlsəfə doktoru imtahanları keçiriləcəkdir

 

Bakı Dövlət Universiteti 2023- cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul nəticələri

2023-cü il üçün fəlsəfə doktoru proqramı üzrə “Fəlsəfə” fənnindən qəbul imtahanında iştirak edərək müvəffəq qiymət almış və ixtisas üzrə qəbul imtahanına buraxılan iddiaçıların siyahısı, ixtisas üzrə qəbul imtahanının keçiriləcəyi yer, tarix və imtahanın başlanma vaxtı 

05-06 SENTYABR 2023-CÜ İL TARİXLƏRİNDƏ FƏLSƏFƏ FƏNNİNDƏN DOKTORANTURAYA QƏBUL İMTAHANI KEÇİRİLƏCƏK

2023-cü il üçün Fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə

“GƏNCLƏRDƏ DEPRESSİYANIN YARANMASI SƏBƏBLƏRİ VƏ ARADAN QALDIRILMASI YOLLARI” MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLƏCƏK

2023-cü il 14 iyun tarixində ixtisas fənlərindən fəlsəfə doktoru imtahanlarının keçirilməsi nəzərdə tutulmuşdur